Qida Təhlükəsizliyi Agentliyinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə agentliyin sədri və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















