Icma.az
close
up
RU
Qızarır, gözlərini yayındırırdılar: SSRİ vətəndaşlarının alarkən utandığı mallar

Qızarır, gözlərini yayındırırdılar: SSRİ vətəndaşlarının alarkən utandığı mallar

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SSRİ-də bir çox əşya qıt idi – məsələn, gözəl geyim və ayaqqabı tapmaq, zinət əşyaları və ya məişət texnikası almaq çox çətin idi. Lazımi şeyləri əldə etmək üçün uzun növbələrdə dayanmaq, tanışlıqlar qurmaq lazım gəlirdi. Amma bəzən bu da kifayət etmirdi – istədiyin malı "tapmaq” mümkün olsa belə, elə əşyalar vardı ki, onları almaq SSRİ-də sadəcə olaraq ayıb sayılırdı.

Qaynarinfo bu barədə UNİAN-a istinadla xəbər verir.

Sovet İttifaqında mövcud olub, amma hamının almağa utanaraq yanaşdığı mallar

SSRİ dövrünü yaşamış hər kəs hansı əşyaların dəyərli olduğunu yaxşı xatırlayır. Məsələn, bahalı fotoaparatlar, xalçalar, xrustal qablar, xarici mebel dəstləri, dəbli geyimlər və başqa eksklüziv hesab edilən mallar sahibinin imkanlarını göstərirdi. Orta statistik sovet vətəndaşı isə qonşusundan heç nə ilə fərqlənmirdi – hamı eyni cür geyinir, oxşar məvacib alır, eyni istirahət yerlərinə gedirdi.

Amma hər bir insanın maddi durumundan asılı olmayaraq, hamıya lazım olan əşyalar vardı. Onların alınmasında çətinlik isə cibdəki puldan yox, tərbiyə və ictimai qınaqdan qaynaqlanırdı. Bir çox şeyləri sovet insanı almağa utanırdı, bunu əxlaqsızlıq hesab edirdi.

Prezervativlər

SSRİ-də "rezin məmulat №2” ifadəsi məşhur idi. "Prezervativ” sözünü demək heç kimin cürəti çatmırdı – çox ədəbsiz səslənirdi. Ona görə də sovet istehsalçıları bu ifadəni tapmışdılar. Amma adın dəyişməsi də kömək etmirdi – kişilər utanırdılar, çünki mağazalarda satıcıların çoxu qadın idi; qadınlar isə almırdılar ki, birdən onları "əxlaqsız qadın” hesab edərlər.

Qadın gigiyena vasitələri

Müasir dövrdə hər bir qadının aybaşı zamanı istifadə etdiyi gigiyenik vasitələr SSRİ-də yox idi. Prokladkalar və tamponlar yalnız yenidənqurma dövründə, iri şəhərlərdə peyda oldu. Qiyməti çox baha idi, üstəlik yenilik olduğu üçün inamsızlıq yaradırdı. Qadınların çoxu özləri evdə pambıq parça və vata ilə əl işi "prokladka” düzəldirdilər. Bundan başqa, sovet qadını cəmiyyətin gözündə "yoldaş” idi və belə şəxsi məsələləri üzə çıxarmaq "dəhşətli ayıb” sayılırdı.

Siqaretlər

Tütünlə bağlı problem yox idi, hamı çəkirdi. Amma qadınların siqaret çəkməsinə başqa cür baxılırdı. Kişi siqaret çəkəndə bu adi hal idi, amma qadın siqaret alanda ona ikrahla baxırdılar – yaxşı halda "qeyri-ciddi”, pis halda isə "fahişə” damğası vururdular.

Gözəl alt paltarı

Dantelli, zərif alt paltarları SSRİ-də demək olar ki, yox idi. Kim istəyirdisə, böyük çətinliklə, bahalı qiymətə tapmalı olurdu. Amma belə qadınlara şübhə ilə baxırdılar – ya "burjua xisləti” daşıyan, işıqlı gələcəyin quruculuğundan yayınan, ya da "bədənini satan” qadın hesab edilirdilər. Ailə qadını və işçi üçün belə şeylər artıq sayılırdı.

Dərmanlar

Bəzi xəstəliklərdən yazılan dərmanları insanlar indi də almağa utanırlar – məsələn, hemorroy, ginekoloji və ya zöhrəvi xəstəliklər üçün. SSRİ-də isə bu ümumiyyətlə tabu idi – belə xəstəliklərdən danışmaq olmazdı. Bir çoxu həkimə getmir, sadəcə dözürdü. Gedənlər isə aptekdə resepti təqdim edərkən mütləq əlavə edirdilər: "bu mənim üçün deyil, qardaşım, qaynatam və ya başqa biri üçündür”.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri