“Qlobal vizyon Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” qrant layihəsinə start verilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qlobal vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” qrant layihəsi çərçivəsində 6 noyabr 2025-ci il tarixində layihənin açılış mərasimi keçirilmişdir.
Newscenter.az xəbər verir ki, açılış tədbirində təhsil ictimaiyyətinin nümayəndələri,Tovuz rayon Təhsil sektorunun müdiri, müəllimlər, şagirdlər və layihənin icrasında iştirak edən tərəflər iştirak etmişdir.

Layihə çərçivəsində Qazax, Tovuz və Ağstafa rayonlarından seçilmiş 20 nəfər müəllim və 20 nəfər şagird üçün ümumilikdə 32 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər zamanı iştirakçılara ingilis dili üzrə olimpiada formatlı tapşırıqlar, tənqidi düşünmə bacarıqları, dinləmə, oxu, yazı və danışıq bacarıqlarının inkişafına yönəlmiş müasir metodlar öyrədiləcəkdir. Eyni zamanda müəllimlər üçün innovativ tədris yanaşmaları, qiymətləndirmə strategiyaları və beynəlxalq olimpiada təcrübələri təqdim olunacaqdır.

Təlimlər yekunlaşdıqdan sonra şagirdlərin qazandıqları bilik və bacarıqları real mühitdə tətbiq etmələri məqsədilə Tovuz şəhərində olimpiada təşkil olunacaq. Bu mərhələ şagirdlərin öz potensiallarını nümayiş etdirmələri, biliklərini müqayisəli şəkildə sınamaları və gələcək yarışlara motivasiyalarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Qlobal vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” layihəsi Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəbin direktoru Zülfiyyə Məmmədli tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Tovuz rayonu və ətraf bölgələrdə fəaliyyət göstərən məktəblərdə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək, onları milli və beynəlxalq olimpiadalara sistemli şəkildə hazırlamaq, həmçinin müəllimlərin peşəkar inkişafına dəstək verməklə təhsil keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Layihənin icrası 6 ay müddətində davam edəcək və regionda olimpiada hərəkatının gücləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.
Anar
Bu mövzuda digər xəbərlər:Şagirdləri məktəbə aparmaq üçün robort dəstəyi
19 Noyabr 2024 17:16
Tovuz STEAM Mərkəzinin şagirdləri dünya çempionatına vəsiqə qazanıblar
30 May 2025 17:04
Bəhmənlinin şagirdləri...
10 Yanvar 2025 10:54
Birinci sinif şagirdləri üçün 6 vacib qayda
15 Sentyabr 2025 17:10
Bu məktəbin şagirdləri üçün əzablı günlər başlayır
08 Sentyabr 2025 23:30
Baxış sayı:104
Bu xəbər 07 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















