Icma.az
close
up
RU
Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çıldaq həqiqətən faydalıdırmı?

Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çıldaq həqiqətən faydalıdırmı?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalqımızın özünəməxsus türkəçarələri çoxdur. Bunlardan biri də qorxunu aradan götürmək üçün istifadə edilən “çildağ” üsuludur. Hətta Bakının Mərdəkan qəsəbəsində “Çildağ” kimi tanına “Pir Həsən” ziyarətgahıdır. Hansı ki bu cür məkanlar insanlarda yaranan qorxu, təşviş və bədnəzəri aradan götürmək üçün istifadə edilir. Bunu çıidağçı adlanan xüsusi insanlar edir.

Çıldağ edilən insanın bədəninin müəyyən yerlərinə xüsusi parçadan hazırlanan közlər vurulur.

Çıldağla bağlı belə bir fikir də var. Əgər bədənə köz dəyən zaman insan səksənmirsə, deməli, həqiqətən nədənsə çox qorxub.

Bir çox insan çıldağın mövhümat olduğunu düşünsə də, bu türkəçarəyə inananların, hətta faydasını görənlərin sayı az deyil.

Bəs çildağ, o cümlədən, buna bənzər digər iananclar İslam dinində necə qarşılanır?

Çıldağ həqiqətən də insana faydalıdırmı?

Məsələyə münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, xalq arasında yayılmış bir çox ənənələr xurafata dayansa da, mövhumat xarakterli olsa da, bəziləri əsaslı və faydalıdır.

Müsahibimiz çıldağdan öncə belə inanclardan biri olan bədnəzərdən danışıb:

Göz dəymə və yaxud bədnəzər də bu qəbildəndir. Bəzi ölkələrdə bu kimi məsələlərlə məşğul olan, tədqiqat aparan elmi mərkəzlər, institutlar var və onlara sahib olan insanları xüsusi gəzməyə məcbur edirlər. Çünki onların gözündə xüsusi bir enerji var ki, bunun maddəyə, cismə təsiri var. Sınaqlar da göstərir ki, bu, var. Quran da təsdiq edir ki, sehr, bədnəzər var. Sehr də mənfi enerjinin şəxsə yönləndirilməsidir. Onun mənfi auraya, bədbin notlarla blokadaya alınmasıdır ki, bu zaman hərəkət, fəaliyyət və düşüncədə ləngimə, pozulma meydana çıxır”.

Tural İrfan çıldağ və onun yaranma sıbıəblərindən də danışıb:

“Qorxu elə bir haldır ki, bunun növləri müxtəlifdir. Bu növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilir. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılmayıb. Araşdırılsa, şübhəsiz ki, bunun elmi izahı da olmamış olmaz”.

Yuxarıda qeyd etdiyimiz kimi, çıldağdan həqiqətən fayda gördüyünü deyənlər də var. Bəs bunun səbəbi nədir?

“Çıldağ zamanı bədənin müxtəlif sinir bölgələrinə toxunulur və od vasitəsi ilə oynadılır.

Bu zaman qan dövranı ləngimiş nahiyələrdə proses güclənir. Əsas odur ki, fayda verməsə, insanlar müraciət etməz. Ələlxüsus da bəzi həkimlərin yarıtmaz fəaliyyəti insanları bu kimi qədim vasitələrə müraciət etməyə vadar edir. Tibbin, elmin inkişaf etdiyi bir dövrdə təbii ki, bu kimi vasitələr bir qədər qəribə görünür. Lakin sınaqlar, adətlər və inanc da böyük rol oynayır. Bunu həkimlər də təsdiq edir ki, insana inandığı müalicə, inandığı reabilitasiya daha tez təsir edir. Çıldağ da insanların inancıdır”, – deyə müsahibimiz qeyd edib .

Bəs İslam dinində çıldağla bağlı hədislər varmı?

Tural İrfan əlavə edib ki, dindəki bəzi hədislərdə yazılan müalicə üsullarından biri həcəmət, yəni, qan almaq, biri də dağlamaq, yəni, çıldağ kimi vasitələrdir:

“Bu gün qan almağı elm də təsdiq və təqdir edir. Əski zamanlarda yaraları isti alətlə dağlayıb, qan axınının qarşısını alıblar. Bu da bu gün tibbdə var. Bəzi yaraları dağlayırlar. Həmçinin, nevroloji xəstəliklər zamanı sinir sisteminə təsir etmək üçün iynəbatırma, xüsusi duş və s vasitələr istifadə edilir. Çıldağ zamanı da buna bənzər üsullarla qorxan adama təsir edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see193

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see133

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see113

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see109

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see109

Xamenei İsraillə 12 günlük müharibədən danışdı

16 İyul 2025 17:32see109

Avropa Komissiyası 2028 2034 cü illər üçün büdcəni təqdim ETDİ

16 İyul 2025 19:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri