Icma.az
close
up
RU
Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çildağ insana FAYDALIDIRMI?

Qorxunu qorxu ilə götürən TÜRKƏÇARƏ Çildağ insana FAYDALIDIRMI?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xalqımızın özünəməxsus türkəçarələri çoxdur. Bunlardan biri də qorxunu aradan götürmək üçün istifadə edilən “çildağ” üsuludur.  Hətta Bakının Mərdəkan qəsəbəsində  “Çildağ” kimi tanına “Pir Həsən” ziyarətgahıdır.  Hansı ki bu cür məkanlar insanlarda yaranan qorxu, təşviş və bədnəzəri aradan götürmək üçün istifadə edilir. Bunu çıidağçı adlanan xüsusi insanlar edir.
Çıldağ edilən insanın bədəninin müəyyən yerlərinə xüsusi parçadan hazırlanan közlər vurulur.
Çıldağla bağlı belə bir fikir də var. Əgər bədənə köz dəyən zaman insan səksənmirsə, deməli, həqiqətən nədənsə çox qorxub.
Bir çox insan çıldağın mövhümat olduğunu düşünsə də, bu türkəçarəyə  inananların, hətta faydasını görənlərin sayı az deyil.
Bəs çildağ, o cümlədən,  buna bənzər digər iananclar İslam dinində necə qarşılanır?
Çıldağ həqiqətən də insana faydalıdırmı?
Məsələyə münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim. Media-ya açıqlamasında bildirib ki, xalq arasında yayılmış bir çox ənənələr xurafata dayansa da, mövhumat xarakterli olsa da, bəziləri əsaslı və faydalıdır.


Müsahibimiz çıldağdan öncə belə inanclardan biri olan bədnəzərdən danışıb:
Göz dəymə və yaxud bədnəzər də bu qəbildəndir. Bəzi ölkələrdə bu kimi məsələlərlə məşğul olan, tədqiqat aparan elmi mərkəzlər, institutlar  var və  onlara sahib olan insanları xüsusi gəzməyə məcbur edirlər. Çünki onların gözündə xüsusi bir enerji var ki, bunun maddəyə, cismə təsiri var. Sınaqlar da göstərir ki, bu, var. Quran da təsdiq edir ki, sehr, bədnəzər var. Sehr də mənfi enerjinin şəxsə yönləndirilməsidir. Onun mənfi auraya, bədbin notlarla blokadaya alınmasıdır ki, bu zaman hərəkət, fəaliyyət və düşüncədə ləngimə, pozulma meydana çıxır”.
Tural İrfan çıldağ və onun yaranma sıbıəblərindən də danışıb:


“Qorxu elə bir haldır ki, bunun növləri müxtəlifdir. Bu növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilir. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılmayıb. Araşdırılsa, şübhəsiz ki, bunun elmi izahı da olmamış olmaz”.
Yuxarıda qeyd etdiyimiz kimi, çıldağdan həqiqətən fayda gördüyünü deyənlər də var. Bəs bunun səbəbi nədir?
“Çıldağ zamanı bədənin müxtəlif sinir bölgələrinə toxunulur və od vasitəsi ilə oynadılır.
Bu zaman qan dövranı ləngimiş nahiyələrdə proses güclənir. Əsas odur ki, fayda verməsə, insanlar müraciət etməz. Ələlxüsus da bəzi həkimlərin yarıtmaz fəaliyyəti insanları bu kimi qədim vasitələrə müraciət etməyə vadar edir. Tibbin, elmin inkişaf etdiyi bir dövrdə təbii ki, bu kimi vasitələr bir qədər qəribə görünür. Lakin sınaqlar, adətlər və inanc da böyük rol oynayır. Bunu həkimlər də təsdiq edir ki, insana inandığı müalicə, inandığı reabilitasiya daha tez təsir edir. Çıldağ da insanların inancıdır”, - deyə müsahibimiz qeyd edib .
Bəs İslam dinində çıldağla bağlı hədislər varmı?
Tural İrfan əlavə edib ki, dindəki  bəzi hədislərdə yazılan müalicə üsullarından biri həcəmət, yəni,  qan almaq, biri də dağlamaq, yəni, çıldağ kimi vasitələrdir:
“Bu gün qan almağı elm də təsdiq və təqdir edir. Əski zamanlarda yaraları isti alətlə dağlayıb, qan axınının qarşısını alıblar. Bu da bu gün tibbdə var. Bəzi yaraları dağlayırlar. Həmçinin, nevroloji xəstəliklər zamanı sinir sisteminə təsir etmək üçün iynəbatırma, xüsusi duş və s vasitələr istifadə edilir. Çıldağ zamanı da buna bənzər üsullarla qorxan adama təsir edilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri