Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Qrenlandiyanın buz təbəqəsi rekord dərəcədə əriməyə məruz qalıb

Qrenlandiyanın buz təbəqəsi rekord dərəcədə əriməyə məruz qalıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Qrenlandiyanın buz örtüyü bu yay əhəmiyyətli dərəcədə dəyişib, belə ki, monitorinq 2025-ci ilin ərimə mövsümünün orta intensivliklə keçməsinə baxmayaraq, günlərin birində miqyas baxımından rekord həddə çatdığını göstərib.

Yer kürəsində Antarktidadan sonra ən böyük buz qalxanı hesab edilən və təxminən 1,7 milyon kvadrat kilometr ərazini əhatə edən bu örtük adətən may ayından əriməyə başlayır və bu proses sentyabrın əvvəlində başa çatır. Qar və buzla bağlı Milli Məlumat Mərkəzinin (NSIDC) təhlilinə görə, builki ərimə mövsümü 47 illik peyk müşahidələri arasında intensivlik baxımından orta göstəriciyə malik olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, avqustun ortalarında müşahidə edilən temperatur artımı və bəzi bölgələrdə güclü yağışlarla müşayiət olunan ərimə alimlərin xüsusi diqqətini cəlb edib. Avqustun 21-də isə pik hədd qeydə alınıb, belə ki, buz qalxanının təxminən 35 %-i ərimə vəziyyətində olub, bu da həmin tarix üçün rekord göstəricidir.

“Landsat-9” peykindəki OLI-2 aləti ilə çəkilən görüntülər paytaxt Nuukdan təxminən 150 kilometr şimal-şərqdə, qalxanın cənub-qərb hissəsində dəyişikliklərin xüsusilə nəzərə çarpdığı sahəni əks etdirib. Çəkilişlərdən biri maksimum pik günü, digəri isə təxminən iki həftə sonra aparılıb və ərimənin vizual müqayisə edilməsinə imkan verib.

Alimlər bildirirlər ki, 2025-ci ilin yayı tarixdə ən ekstremal mövsüm olmasa da, belə piklərin, xüsusən də yağışla müşayiət olunan zaman və qısa müddət ərzində baş verməsi diqqət doğurur və onun yaxından izlənilməsinə ehtiyac duyulur. Bu, xüsusilə önəmlidir, çünki hava hadisələri və yağıntılar əvvəllər əsasən günəş radiasiyası ilə əlaqələndirilən ərimə prosesini daha da gücləndirə bilər.

Əlavə tədqiqat tələb edən məsələlər arasında belə pik ərimə günlərinin nə qədər tez-tez təkrarlanacağı və atmosfer axınları, yağıntılar və temperatur anomaliyaları daxil olmaqla buz qalxanına təsir edən mexanizmlərin necə dəyişməsi də var. Tədqiqatçılar, həmçinin peyk məlumatlarının nə qədər dəyərli olmasını da xüsusi qeyd edirlər, yəni, bu məlumatlar belə hadisələri geniş ərazilərdə və vaxtında qeydə almağa imkan verir.

Müşahidə olunan tendensiyalar uzunmüddətli dəyişikliklər barədə dəqiq nəticə verməsə də, yağış və buludluluq da daxil olmaqla mövsümi və hava şəraitinin ən isti aylardan kənarda belə ərimə proseslərini gücləndirə biləcəyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see203

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see174

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see171

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri