Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Quba teatrı: Xatirələr məkanından Könüllülər səhnəsinə

Quba teatrı: Xatirələr məkanından Könüllülər səhnəsinə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru

Fətəli xan küçəsi ilə üzüaşağı, Quba Meydanına doğru gedirdim. Qarşıdan ağır-ağır gələn ağbirçək qadına yaxınlaşanda bir-birimizi tanıdıq. Vaxtilə Quba Dövlət Dram Teatrında çalışan, teatr bağlanandan sonra fəaliyyətini qonşu Dağıstanda, Dərbənd Dram Teatrında davam etdirən, Dağıstanın Xalq artisti Düriyyə Rəhimova idi. Hər dəfə Qubaya gələndə bizim Mədəniyyət evinə gəlir, hal-əhval tutur, yaradıcılıq işlərimizlə maraqlanır, tövsiyələrini verirdi. Budəfəki gəlişindən xəbərim yox idi.

- Nə yaxşı görüşdük. Bir az qayğılı görünürsünüz.

- Çox qocalmışam, oğlum. Dedim bir doğma yurdumu gəzim. Bəlkə, heç bir də Qubaya yolum düşmədi. Təskinlik verməyə çalışma. Yaş öz işini görür. Artıq ömrün qürub çağıdır. İstəyirəm Qubaya doyunca baxım.

- İndi hara gedirsiniz belə?

- Keçmiş Quba teatrının yerləşdiyi binaya baxmaq istəyirəm. Ömrümün gənclik çağları o teatrda keçib. 

- Olar ki, mən də sizinlə gəlim?

- Nə deyirəm, gedək.

Sülh küçəsinə dönüb "Sevinc" sarayına doğru addımladıq. Quba teatırı o zaman Mədəniyyət evi olan bu binada fəaliyyət göstərmişdi.

Sonralar bura şadlıq sarayına çevrilmişdi. Son illərdə isə müasir tipli, daha çox tutumlu saraylar inşa olunduğundan indi bu qədim binaya gedib-gələn yox idi.

- Azərbaycanın ilk bölgə teatrı olan Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrı bax bu binada fəaliyyətə başlayıb. O vaxtlar bura Voroşilov adına klub idi. Onu da deyim ki, Qubada hələ 1890-cı illərin axırlarında teatrlaşdırılmış kiçik səhnəciklər hazırlanırdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaradan, Qubadan olan, Azərbaycanın ilk qadın dramaturqu "Elmin bəhrəsi", "Gəlin və qayınana" kimi pyeslərin müəllifi Səkinə Axundzadənin qələmə aldığı səhnəciklər Quba da teatr incəsənətinin ilk nümunələri olmuşdur. 1940-cı ildə həmin bu Voroşilov klubunda kolxoz-sovxoz teatrı yaradıldı. 1946-cı ildə isə dövlət dram teatrına çevrildi və teatra Bakıxanovun adı verildi. O vaxt mən yeniyetmə uşaq idim. "Sevil", "Arşın mal alan", "Ər və arvad" tamaşalarına həvəslə gedib tamaşa edirdim. Sonralar bu sənətə elə bağlandım ki, özümü teatrsız, tamaşasız təsəvvür edə bilmədim. Quba teatrında 50-ə yaxın obrazı canlandırmışam...

Sarayın qədim, möhkəm qapıları bağlı idi. Gözətçidən içəri keçmək, otaqlara və zala baxmaq üçün qapıları açmağı xahiş etdim. Etiraz eləmədi. Yəqin sarayda nəsə mərasim, tədbir hazırlamaq fikrində olduğumuzu düşünmüşdü. İçəri daxil olduq. Düriyyə xanım dəhlizin divarlarındakı qədim naxışlara, pəncərələrə, qapılara həyəcanla baxırdı.

Sarayda müasirliklə yanaşı, qədimlik də diqqəti cəlb edirdi. Elə yaşlı aktrisanı həyəcanlandıran da bu naxışlar, qapılar, otaqlar idi.

- Bax, bura qrim otağımız idi. Səhnəyə giriş isə bax bu qapıdan idi.

Zala daxil olduq. Səhnə bəy-gəlin və musiqiçilər üçün uyğunlaşdırılmışdı. Lakin səhnənin arxa divarındakı barelyef formalı teatr təsvirləri görünür, həmin dövrdən qalmışdı. Düriyyə xanım da bu təsvirlərə baxa-baxa üzü səhnəyə doğru oturacaqların birində əyləşdi.

- Bəs teatr niyə bağlandı?

Dərindən ah çəkdi. Əllərini sinəsində çarpazlayıb xeyli susdu.

- Teatrda erməni əsilli, Anik ləqəbli Anaida Şaginyan adlı aktrisa vardı. Nədənsə teatrda oynanılan bütün müsbət rollar, baş rollar Anikə verilirdi. Şaginyan isə teatrda çalışan digər millətlərə kin və nifrət bəsləyirdi. Bir gün o teatrın müdiri Məmmədağa ilə evləndi. Elə o vaxtdan da teatrın qara günləri başladı. Sonralar görkəmli aktyorlar kimi tanınan Səyavuş Aslan, Ofeliya Aslan, Məcnun Hacıbəyov, Azərbaycan səhnəsinin böyük rejissorlarından olan Ağakişi Kazımov gənclik illərində Quba teatrında çalışıblar. Bundan başqa, Gülsüm Fərəczadə, Məmməd Əhmədov, Mustafa Süleymanov, Cavanşir Əhmədov, Metetya Ravinov, Əli Cəfərov kimi istedadlı aktyorlarımız da var idi. Şaginyanın tamahkarlığı teatrımızın bağlanmağına səbəb oldu.

Ağbirçək aktrisanın gözləri dolmuşdu. Elə bu vaxt zala ağ saçlı, möhkəm cüssəli bir kişi daxil oldu. Rəsmi, səliqəli geyinmişdi. Çöhrəsindən ziyalı olduğu bəlli idi. Gümrah səslə salam verib ətrafa, səhnəyə, divardakı və tavandakı qədim təsvirlərə tamaşa etdi.

- Qubaya elmi konfransa gəlmişdim. Konfransdan sonra dedim bir keçmiş Quba teatrının binasına baş çəkim. Bu bina mənə həm Quba teatrını, həm də gəncliyimi xatırladır.

Tanıdım. Məşhur teatrşünas alim, professor İnqilab Kərimov idi. Hörmətlə salamlaşıb tədqiqatlarını həvəslə oxuduğumu bildirdim.

Heykəl kimi donub qalanqadına diqqətlə baxıb dedi:

- Olmaya siz Düriyyə Rəhimovasınız?

- İnqilab müəllim, səsiniz elə gəncliyinizdəki gurluğunda qalıb. Əcəb işdir, siz də, mən də bu gün təsadüfən Quba teatrını yad edib buraya gəlmişik.

- Hə, mən bu teatrda sizin oynadığınız rollara tamaşa etmişəm. O vaxt bir neçə dəfə teatrşünas kimi Quba teatrına ezam olunmuşam. Heç yadımdan çıxmaz, 1962-ci ilin əvvəlləri idi. "Azərbaycan gəncləri" qəzetinin redaktoru tanınmış jurnalist, yazıçı Cəmil Əlibəyovla onun iş otağında görüşdüm. Quba Dövlət Dram Teatrındakı özbaşınalıqdan bəhs edən çoxlu imzasız şikayət məktublarını göstərib dedi: - Bu səpkili məktubların arası kəsilmir. Xahiş edirəm Qubaya gedib bu imzasız məktublarda yazılanları yoxlayasan. Məsəl var, deyərlər: "Od olmasa, tüstü çıxmaz". Razılaşdım, ezamiyyə vərəqini götürüb, səhəri günü avtobusla yola düşdüm. Gündüz saat üçdə Qubaya yetişib, birbaş teatra getdim, gözətçidən başqa heç kəs yox idi. Gözətçi: - Ay oğlul, - dedi, - Məmmədağa (teatrın direktorunu deyirdi) iki gündür ki, İrəvana qaynının ad gününə gedib. Ona görə də tamaşalar təxirə salınıb, axı tamaşadakı əsas rolları Məmmədağanın arvadı Şaginyan ifa edir. Yəqin ki, bu gün olmasa da, sabah gələr. Aktyorlar da yəqin ki, bağdakı çayxanada olarlar. Səhər teatra gələndə məni 45-50 yaşlarında uca boylu, möhkəm bədənli, qarabəniz bir nəfər qarşıladı, gülə-gülə əl uzadıb: - Məmmədağa, - dedi və mənə imkan vermədən, - Ə kişi, gəlişin barədə bir xəbər verəydin də, heç yaxşı olmadı. Sonra yan otaqdan bir nəfəri çağırıb: - Tez get Cəfər kişiyə de, günortaya yaxşı yemək hazırlasın, hörmətli qonağım var.

Yarıciddi-yarızarafat soruşdum: - Hardan bildin ki, hörmətliyəm, biz ki, ilk dəfədir görüşürük? Mən hələ özümü təqdim etməmişəm.

Bic-bic qımışdı: - Ay pir olmuş, - dedi, - bunu bilməyə nə var ki? Gözətçi ucundan-bucağından mənə danışıb. Əsası budur ki, mənim gözlərim sərraf gözləridir. "Vaqif" əsərini, görünür, yaxşı bilirsiniz. Bilirsiniz, "Vaqif" əsərini özüm tamaşaya hazırlamışam. Qacar rolunun ən yaxşı ifaçılarından hesab olunuram, - dedi. - Gülümsədim. Qolumdan tutub: - Gedək mənim kabinetimə, sənə pürrəngi, mürəbbəli çay təşkil edim, - dedi.

- Yox, - dedim, - teatrın səhnəsinə, qrim otaqlarına baxmaq istərdim. Etiraz etmədi, tamaşaçı salonuna, qrim otağına, səhnəyə baxıb, paltar saxlanan otağa keçdik. Geyimlər kif iyi verirdi. Foyeyə keçdik. - Bu gün hansı tamaşanı göstərəcəksiniz? - sualım elə bil onu arı kimi sancdı. Hirsini zorla boğub: - Bu gün tamaşa olmayacaq, "Qatır Məmməd" tamaşasını göstərməliydim. Yasəmən rolunu oynayan aktrisa xəstələndiyi üçün göstərə bilməyəcəyik, - dedi.

Soruşdum: - Rolun ikinci ifaçısı yoxdur? - Canım, nə qoyub, nə axtarırsan, bura Bakıdakı Dövlət Dram Teatrı deyil ki, aktrisalar rol üçün növbəyə dursun. Bir də ki, Yasəmən rolunu oynayan akrtrisa Şaginyandan sonra bu rolu kimə etibar etmək olar? Əslində Şaginyan özü də buna razı olmaz, teatrın altını-üstünə çevirər.

Bir neçə gün bundan əvvəl Bakıdan bir neçə gənc göndəriblər. Biri rejissordur, Ağakişi (sonralar Xalq artisti Ağakişi Kazımov), biri aktyordur Səyavuş adında (Xalq artisti Səyavuş Aslan), bir də aktrisadır, deyəsən, Səyavuşun arvadıdır (Ofeliya Əfqanlı-Aslan). Nə bacarıq var, nə istedad, gəl ki iddiaları yerə-göyə sığışmır. O gün ağzından süd iyi gələn o aktrisa gör mənə nə deyir: "Məmmədağa müəllim, məni Şaginyana dublyor yazın da, axı 50 yaşlı qadın nə vaxta kimi 18-20 yaşlı qız rollarını oynayacaq? Elə bil dünya başıma hərləndi; qonaq olmasaydı, cavabını verərdim. Ağakişi də mən hazırlayan tamaşaları bəyənmir, deyir primitivdir. Gördüm yox, bu uşaqlarla bir iş görmək olmaz. Dedim necə gəliblər, eləcə də getsinlər.

Mən Ağakişinin də, Səyavuşun da, Ofeliya xanımın da istedadına bələd idim. Bu gənclərin böyük gələcəyinə inanır və ümid bəsləyirdim. Ancaq Məmmədağanın "necə gəliblər, eləcə də getsinlər" fikrinə ürəkdən razı idim. Çünki Məmmədağanın danışıq və rəftarından hiss edirdim ki, onlar burada "bataqlığa düşən adam kimi" məhv olub gedəcəklər. Bir qədər sonra teatrın tanınmış, qabaqcıl aktyorlarından Əli Cəfərov (görkəmli filoloq, alim, Əkrəm Cəfərin qardaşı oğlu) və Mustafa Süleymanov (sonralar Azərbaycan Dövlət Akademik Dram Teatrında işlədi) gəldilər. Məmmədağa dil-boğaza qoymurdu. Aktyorlar isə susur, narazılıq işarəsi olaraq, başlarını yırğalayırdılar. Mən aktyorlarla ayrılıqda söhbət etməyi vacib bildim. Fürsət tapıb görüşdüm. Əli Cəfərov da, Mustafa Süleymanov və digər aktyorlar da birağızdan bildirdilər ki, bu teatrda heç bir qayda-qanun, nizam-intizam yoxdur, yaradıcılıq işi barədə düşünülmür. Özbaşınalıq hökm sürür, Məmmədağa milliyətcə erməni olan arvadı Şaginyanın dediyi ilə durub-oturur, teatrda direktor Məmmədağa yox, arvadı Şaginyandır. Rolları da o bölür. Cavan qız-qadın rollarını özünə götürür. Elə olur ki, tamaşada ana qızından cavan görünür. Məsələn, "Qatır Məmməd" tamaşasında Gülcamal rolunu Şaginyan, onun anasının rolunu 23 yaşlı cavan aktrisa ifa edir. "Vaqif" tamaşasında Şaginyan Xuramanı, cavan aktrisa Gülxarın anası Əminə rolunda çıxış edir. Özü də iş burasındadır ki, o özünü elə qrim edir ki, səhnədə daha cavan və gözəl görünsün. Məmmədağanın 11 yaşında oğlu tamaşanın ən dramatik yerində iti səhnəyə çıxarıb onunla əylənir, soskanı su ilə doldurub paltarların üstünə tökür. Maaşlarımız vaxtı-vaxtında, həm də tam şəkildə verilmir. Aktyorlar, texniki işçilər Quba Dövlət Dram Tatrında irili-xırdalı nöqsanlardan, tez-tez baş verən xoşagəlməz hadisələrdən ürək yanğısı ilə yana-yana danışdılar.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see427

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see249

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see228

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see227

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see220

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see219

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see216

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see207

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see199

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see198

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see197

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see194

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see193

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see193

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see191

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see185

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see175

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see170

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri