Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Quba teatrı: Xatirələr səhnəsindən Könüllülər səhnəsinə

Quba teatrı: Xatirələr səhnəsindən Könüllülər səhnəsinə

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru

(Əvvəli ötən sayımızda)

Qubalı ziyalılar da teatr sənətinin inkişafına töhfələr veriblər. Mehdi bəy Hacınskinin Azərbaycan səhnəsinin inkişafında, bu səhnə üçün ilk əsərlərin yazılmasında və tamaşaya qoyulmasında mühüm rolu olub. Azərbaycanın ilk qadın dramaturqu və rejissoru Səkinə xanım Axundzadə də Qubada şair ailəsində doğulmuş, boya-başa çatmışdı. XX əsrin əvvəlində əslən Qubadan olan Bababəy Qubalı, Yeva Olenskaya, Ələziz Hüseynov və digər aktyorların Azərbaycan teatrının inkişafında müəyyən xidmətləri olub. Ənənələrin davamlılığına baxmayaraq, Qubada peşəkar teatrın əsası sovet dövründə, daha dəqiqi 1940-cı ildə qoyulub. Həmin il Quba Dövlət Dram Teatrı yaradılıb, kollektiv dəyərli yaradıcılıq yolu keçərək rəngarəng repertuarı və maraqlı tamaşaları ilə uzun müddət diqqət mərkəzində olub.

Görkəmli teatr xadimi, istedadlı aktyor və rejissor İsa Musayevin teatra direktor və bədii rəhbər təyin olunması teatrın daha qısa müddətdə təşkilinə və inkişafına güclü təkan verib. Teatrın ilk tamaşalarından biri Səməd Vurğunun "Vaqif" pyesinin səhnə təcəssümüdür. "Kommunist" qəzetinin 18 aprel 1941-ci il tarixli sayında teatrın hazırladığı bu tamaşa haqqında yazılıb: "Teatrın inkişaf edən gənc kollektivi tamaşanın öhdəsindən bacarıqla gəlmişdir. Teatrın bədii rəhbəri və rejissoru İsa Musayev Vaqif rolunu çox gözəl oynamışdır. Teatrın artistlərindən İmamverdi Bağırov Ağa Məhəmməd şah Qacar rolunda yaxşı çıxış etmişdir. "Vaqif" pyesinin birinci tamaşası böyük müvəffəqiyyətlə keçmişdir".

İkinci Dünya müharibəsi illərində hərbi hissələr qarşısında verilən tamaşalar vətəndaşlarımızın müdafiə əzminin artmasına, qəhrəmanlıq tərbiyəsində öz rolunu oynayıb. 3 sentyabr 1942-ci il tarixli "Ədəbiyyat qəzeti" İsa Musayevin hesabat xarakterli bir məqaləsini çap etmişdi. Məqalədə Quba Dövlət Dram teatrının öz işini müharibə templərində qurmasından, aktyor kollektivinin komplektləşdirilməsindən və repertuarın yeni əsərlərlə zənginləşdirilməsindən bəhs olunurdu.

İ.Musayev yazırdı ki, teatr 1942-ci il repertuarına S.Vurğunun "Fərhad və Şirin", O.Sarıvəllinin "Babək", M.İbrahimovun "Madrid", M.Təhmasibin "Aslan yatağı", Z.Xəlilin "İntiqam", M.F.Axundovun "Dərviş Məstəli şah" komediyasını, Z.Hacıbəyovun "Aşıq Qərib" operasını, S.Rüstəmovun "Beş manatlıq gəlin" komediyasını daxil edib. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının kollektivimizə yaxından göstərdiyi köməyi nəzərdən qaçırmaq olmaz. Ədil İsgəndərov yoldaşın təşəbbüsü ilə xalq artistlərindən Sidqi Ruhulla, Mirzağa Əliyev, Ələsgər Ələkbərov yoldaşlar Quba Dövlət Dram Teatrına gəlib kollektivimizə yaxından kömək etmişlər. Ədil İsgəndərov yoldaş bizim aktyorlarımızla individual olaraq yaradıcılıq işi aparmış, onların düzgün inkişafına kömək etmişdir. Teatrın baş rəssamı, Əməkdar incəsənt xadimi Nüsrət Fətullayev "Fərhad və Şirin" pyesinin bədii tərtibatını öz üzərinə götürmüşdür".

Təəssüf ki, 40-cı illərin sonu - 50-ci illərdə teatrın maddi və mənəvi imkanları zəifləməyə başladı. Teatra göstərilən maddi yardımlar kəsildi və teatr iflas qorxusu ilə üz-üzə qaldı. Arxivdə bir məktub var. 1950-ci ildə Səməd Vurğuna yazılıb:

"Azərbaycan xalqının fəxri, sevimli şairimiz, hörmətli yoldaşımız Səməd Vurğun!

Quba Dövlət Dram Teatrosunun kollektivi sevimli şairimizə salam göndərir və bir neçə şey xahiş edir.

Azərbaycan xalqının sevimli rəhbəri yoldaş M.C.Bağırovun vətəni Azərbaycan rayonlarına nisbətən daha inkişaf etmiş və mədəni bir şəhərə çevrilmişdir. Lakin Bakıxanov adına Dövlət Dram teatrosunun vəziyyəti hal-hazırda dözülməzdir. Sabiq direktorun səhlənkarlığı və cinayətləri üzündən teatr çıxılmaz vəziyyətə düşmüşdür. Teatro yerli orqanlara və müəlliflərə 80 min manat borcludur. Kollektiv 4 aya yaxındır maaş almamışdır. Bunlara əsasən teatronun gəlirindən Quba bankında 50 faiz müəllif hüququnu müdafiə edən idarə tərəfindən tutulur. Kommunxoz tez-tez teatronun işığını kəsir. Hal-hazırda teatro institutunu bitirmiş üç ali savadlı aktyor və rejissor, ali savadlı rəssam və qocaman artist teatronun foyesində iki aydan artıqdır ki, yaşayırlar.1948-49 və 1950-ci illərdən qalan borcları yerli təşkilatlar tələb edirlər. Teatro bu borcları ödəməyə qadir deyildir. 150 minə yaxın borcun qarşısında işləmək qeyri-mümkündür.

Bütün teatronun kollektivi sevimli şairimiz və deputatımızdan xahiş edir ki, Quba teatrosunun yenidən işıqlanması üçün dövlət qarşısında təşəbbüsdə bulunsun" (məktuba kollektivin 15 üzvü imza atmışdır. Respublika Əlyazmalar İnstitutu f. 27, siyahı 1, s.-v. № 477). Təəccüblüdür ki, şagird dəftərindən qoparılmış bu qoşa vərəqdə heç bir qətnamə və dərkənar yoxdur. Heç ola bilməzdi ki, 1950-ci ildə Qubadan respublika Ali Sovetinin deputatı seçilmiş S.Vurğun öz seçicilərinin məktubuna məhəl qoymasın. Qara mürəkkəblə yazılmış bu məktub ümidsizlik ovqatı ilə doludur. Məktubdan aşkar görünür ki, teatrın vəziyyəti ağırdır. Məktubun sonrakı taleyindən xəbərsiz olduğumuzdan onun nə ilə nəticələndiyini bilmirik. Çox ehtimal ki, S.Vurğun onu öz deputat blankında aidiyyəti olan ünvanlara, ya Azərbaycan KP MK-ya, ya da respublika Mədəniyyət Nazirliyinə yollamışdı, lakin məktub haradasa cavabsız qalmışdı.

Etiraf etmək lazımdır ki, Quba teatrında daxili münaqişələr və mübahisələr də olub. Bu səpkili qarşıdurmaların arxasında şəxsi mənəmlik və iddialar dururdu. Xüsusilə, direktorun arvadı Anahida Şaginyan özünü teatrın sahibəsi kimi aparır, ancaq baş rolları qamarlaması ilə digər istedadlı qadın aktyorları, yaradıcı kollektivi qəzəbləndirirdi.

Quba teatrı ilə bağlı istər yaradıcılıq, istərsə də təminat-təchizat məsələləri də mətbuat səhifələrinə çıxarılmış, teatrşünas Cabir Səfərov "Quba teatrında xalturaya son qoymalı" adlı bir məqalə ilə çıxış etmişdi (Ədəbiyyat və incəsənət, 1955, 12 fevral). C.Səfərov məqaləsində yazırdı: "...Son dörd-beş il ərzində Quba Dövlət Dram Teatrında müəyyən durğunluq əmələ gəlmiş, kollektiv öz realist yolundan uzaqlaşmağa başlamışdır. Bunun başlıca səbəbi teatrda aktyor kollektivinin işinə rəhbərlik edəcək rejissuranın zəifliyi, aktyor kollektivinin yeni istedadlı qüvvələr hesabına qüvvətləndirilməməsi, hazırlanan tamaşaların aktyor oyunu, geyim və bədii tərtib cəhətdən aşağı səviyyədə olmasıdır. Quba teatrının geridə qalmasının ikinci səbəbi aktyor və rejissor kadrlarının tez-tez dəyişdirilməsidir. Bu isə teatrda vahid yaradıcılıq üslubunun zəifləməsinə, aktyorların səhnə mədəniyyətinə yiyələnməsinə az ziyan vurmamışdır".

C.Səfərovun məqaləsi kollektivin Səməd Vurğuna müraciətindən cəmi beş il sonra yazılmışdı. Göründüyü kimi, burada kollektivin məktubu haqqında heç nə deyilmir. Lakin şairə məktubda göstərilən nöqsan və çatışmazlıqlar məqalədə də xatırlanır. Teatrın bağlanmasına hələ yeddi il vardı. Amma sürətlə keçib gedən illər teatrın vəziyyətində dəyişiklik yaratmadı, digər teatrların ağır vəziyyətini Quba teatrı da yaşamalı oldu...

1962-ci il nöyabrın 2-də A.Bakıxanov adına Quba Dövlət Dram Teatrı bağlandı, onun bazasında Xalq teatrı yaradıldı. Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Xalq teatrı 80-ci illərin sonunadək bir sıra tamaşalar hazırlayırdı. Lakin aktyor truppası zəif idi. Vaxtilə Dövlət Teatrında çalışan aktyorların əksəriyyəti respublikanın müxtəlif teatrlarına getmişdilər. Xalq teatrından yalnız rejisor və rəssam rəsmi olaraq əməkhaqqı alırdı. Truppa üzvləri isə yalnız tamaşalar əsasında əldə edilən gəlirdən onlara düşən zəhməthaqqını ala bilərdi. Xalq teatrında tamaşaların hazırlanmasında İskəndər Həmidoğlunun, Akif Fərəczadənin xüsusi əməyi olmuşdu. Onların quruluş verdiyi tamaşalar bölgənin ayrı-ayrı rayonlarında da tamaşaçılara nümayiş edilirdi. 1990-cı ildən isə Xalq teatrının truppası tədricən dağıldı. Xalq teatrı yalnız ayrı-ayrı tamaşalardan səhnəciklər və yaxud teatrlaşdırılmış kompozisiyalar hazırlayırdı.

Quba teatrı haqqında xatirələri, tarixi məlumatları toplayaraq yuxarıda oxuduğunuz yazını hazırladım. Lakin bununla teatr porblemi həll olunmurdu axı. İnqilab müəllimin Quba teatrı ilə bağlı dediyi o sözlər teatrı bərpa etmək üçün təşəbbüskarlığı daha da artırmağa çağırırdı. Biz mədəniyyət işçiləri bir araya gələrək Quba teatrını bürüyən ətalət buzunu əritməyə qəti qərar verdik. Qubada teatr sahəsində mövcud olan 30 illik durğunluğu nəhayət ki, aradan qaldırdıq. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan "Biz Xocalıya qayıdacağıq" adlı tamaşa rayon tamaşaçılarına təqdim olundu. Bu tamaşadan ruhlanaraq biz teatr yaradıcılığını davam etdirməyi qərara aldıq. Müxtəlif sahələrdə çalışan, ayrı-ayrı yaş kateqoriyalarından olan həvəskarları Mədəniyyət Mərkəzinə dəvət etdik. Beləliklə də, Quba Könüllülər Teatrı yaratdıq. Könüllülər teatrının ilk tamaşası görkəmli dramaturq C.Məmmədquluzadənin "Kamança" əsəri oldu. Artıq xatirələr teatrı keçmişdə qalıb. İndi Könüllülər Teatrı yeni yaradıcılıq yoluna qədəm qoyub.

(Yazının hazırlanmasında İnqilab Kərimovun "Rəvayətlər", Nazif Qəhrəmanlının "Quba teatrı haqqında düşüncələr" kitablarından istifadə olunub)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri