Ermənilər Trabzonu ələ keçirib, türkcə yazıları sökür Video
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarixçi alim Zaur Əliyev Çar Rusiyasının Birinci Dünya müharibəsi vaxtı Trabzonu ələ keçirməsinə aid tarixi kadrları paylaşıb.
Kult.az xəbər verir ki, alim Çar Rusiyasının 18 aprel 1916-cı ildə Trabzonu ələ keçirdikdən sonra şəhərdəki erməni və yunanların Osmanlı dövlətinə aid rəsmi binaların üzərindəki dövlət tabelalarını böyük şövqlə sökdüklərini bildirib.
“Sökdükləri yerli polis binasının üzərində olan yazıdır. Ermənilər rusların sayəsində Trabzonda hakimiyyəti ələ alıb yerli insanların köç etməsinə səbəb oldular (Türklərin ağ bayraqla köç etməyə məcbur olduğu video da təqdim edilib - red.). Ermənilər 13 vilayətə iddia edirdilər. Fransa, Rusiya və Britaniya onlara bu torpaqları vəd etmişdilər.
Rusiyada bolşeviklər hakimiyyətə gəlməydi, ruslar 13 vilayəti Türkiyədən alaraq, ermənilər üçün dövlət quracaqdılar. Böyük dövlətlərin planı belə idi: Osmanlı ərazisində iki dövlət yaratmaq. Bunlardan da biri paytaxtı Gümrü olan Ermənistan idi”, - o yazıb.
Z.Əliyev hazırkı Türkiyədə bir çoxunun türk kimliyi altında gizləndiyinə diqqət çəkib və bu kadrları türklərin unutmaması lazım gəldiyini vurğulayıb.
Alim xatırladıb ki, türklər və azərbaycanlılar - iki qardaş Çanaqqalada çiyin-çiyinə verib, türk dövlətinin yaşaması üçün canını qurban edəndə, Atatürkün apardığı İstiqlal savaşına azərbaycanlılar heç bir şey əsirgəməyəndə ermənilər Türkiyəyə ziyan vurmaq üçün hər hiyləyə əl atırdılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 04 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















