Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev “Bu cinayət Rusiya ilə Azərbaycan münasibətlərini korlamaq üçün qəsdən törədilə bilər

Qüdrət Həsənquliyev “Bu cinayət Rusiya ilə Azərbaycan münasibətlərini korlamaq üçün qəsdən törədilə bilər

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, prezidentin mətbuata son açıqlamasından sonra Qroznu üzərində vurulan təyyyarəmizin qəsdən və ya ehtiyatsızlıqdan vurulması məsələsi ilə spekulyasiya etmək istəyənlər var. Bu məsələyə münasibətinizi bilmək istərdik.

– Prezident son müsahibəsində deyir ki, təyyarə Rusiya tərəfindən vurulub. Lakin bunun qəsdən etdiyini demir. Bu fikri kontekstdən çıxarıb və bununla manipulyasiya etmək yaramazlıqdır. Çıxışa tam qulaq asanda hər şey aydındır. Prezident çox prinsipial mövqe ortaya qoyur. O əminliklə deyir ki, təyyarə Rusiya tərərfindən vurulub. Amma o təyyarənin qəsdən vurulmasına əmin deyil. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan və kimlər tərəfindən vurulmasını istintaq müəyyənləşdirməlidir. Prezident də bunu deyir. Prezident Putinə inandığını mətubata əvvəllər də açıqlayıb. Qəsdən törədilən hər bir cinayətin motiv və məqsədi olur. Rusiya prezidentinin, xüsusilə Rusiyanın indiki vəziyyətində, belə bir ağır cinayətin törədilməsinə razılıq verməsi ağlabatan deyil. Mən də bu cinayətin Putin tərəfindən sanksiyalaşdırılmasına inanmıram. Əksinə, düşünürəm ki, bu cinayət qəsdən törədilibsə, deməli Putinə qarşı təşkil olunmuş təxribatdır. Rusiyada ordu daxilində iqtidar Ukrayna savaşının dayandırılmasını istəyən qüvvələr var, lakin onlar öz mövqelərini açıq bildirməyə çəkinirlər. Putinin mövqelərini zəiflətmək, onun ən yaxın qonşu ölkələrdən olan Azərbaycanla münasibətlərini korlamaq və ona olan beynəlxalq təzyiqləri artırmaq, yaxud hakimiyyət daxili çəkişmələrdə bir-birinin əleyhinə istifadə etmək üçün bu cinayəti qəsdən törədə bilərlər. Prezident təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə deyib, üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirsə, bu o deməkdir ki, onun əlində istintaqın ilkin nəticələri və kəşfiyyat məlumatları var. Həm də elə maddi sübutlar ortadadır ki, onlarsız belə, təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə istənilən şəxs deyə bilər. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan kimin tərəfindən vurulması, niyə enişə icazə verilməməsi və nə məqsədlə Aktauya yönəldilməsi isə istintaqla müəyyənləşdirilməlidir.

– Qüdrət bəy ,bu iş üzrə ədalətin zəfər çalacağına və günahkarların cəzalandırılacağına inanırsınızmı?

– Allah böyükdür.Biz buna nail ola bilməsək də, Allah günahsız insanları ölümə məhkum edənləri və bunu ört-basdır etmək istəyənləri əhv etməyəcək. Azərbaycan dövləti günahkarların cəzalandırılması üçün gücü çatan və mümkün olan hər şeyi edəcəyinə inanıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri