"Qara qutu"nun oxunması üçün 3 ölkədən mütəxəsisslər GÖNDƏRİLİR
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.
“Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















