Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin cinayət işi üzrə istintaq başa çatıb
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Reyting.az "Report"-a istinadla xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində barələrində qiyabi icraat aparılan Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevə, onların müdafiəçilərinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il avqustun 20-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.
Onlara izah edilir ki, istintaqa gəlmədikləri halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
Qeyd edək ki, Qurban Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2, 214-2, 281.2 maddələri ilə, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 220.2, 281.2 və 320.1-ci maddələri ilə, Orxan Ağayev barəsində isə 220.2 və 281.2-ci maddələri cinayət işi açılıb, qiyabi olaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatıb
15 Avqust 2025 14:03
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib
07 Noyabr 2025 15:33
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının məhkəməsi başlayıb
17 Oktyabr 2025 11:16
İlqar Hacıyev, Qurban Məmmədov və Tural Sadıqlı prokurorluğa çağırıldı
16 Mart 2025 20:15
Qurban Məmmədov və Tural Sadıqlı haqda RƏSMİ açıqlama yayıldı
15 Avqust 2025 14:02
Baxış sayı:128
Bu xəbər 16 Avqust 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















