Icma.az
close
up
RU
Qurban Qurbanov: Son dəqiqəyə qədər danışıqlar davam edəcək

Qurban Qurbanov: Son dəqiqəyə qədər danışıqlar davam edəcək

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının III turunda "Qarabağ" səfərdə "Karvan-Yevlax" klubunu 2:0 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı danışıb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Futbolçularımı təbrik edirəm. Asan qələbə olmadı. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Yeni komanda ilə Premyer Liqada işitrak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq".

- "Benfika" ilə oyuna hazırlaşan "Qarabağ" üçün "Karvan-Yevlax"la matça köklənmək çətin deyilki?
- Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə "Karvan-Yevlax"la matçı fikirləşirdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, futbolçuları oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra "Benfika" ilə oyuna hazırlaşacağıq.

- Kamilo Duran debüt etdi, amma Dani Montiel hələ ki görməmişik. Onun durumu necədir?
- Burada elə bir ciddi problem yoxdur. Sadcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çemionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

- Son günlərdə "Neftçi"nin "Qarabağ"ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, "Neftçi" tərəfinin "Qarabağ"ı təbrik etməməsi düzgündür?
- Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Bütün oyunlarda zəng edib, təbrik edir. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə "Neftçi"dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. "Neftçi" hamımızın "Neftçi"sidir, Samir bizim dostumuzdur, rəhbərlik də bizim dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.

- Samba Sumano və Juninyonun "Qarabağ"a keçidi məsələsi nə dərəcədə doğrudur?
- Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı.

Kaxaber Tsxadadze: “Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq” Elmar Baxşıyev: “Qərar onlarındır” “Qəbələ” “Araz” səfərindən xalsız qayıdır - YENİLƏNİB Rəşad Sadıqov: “Biz "Kəpəz"dən daha hazırlıqlı idik” Adil Şükürov: “Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://apasport.az
archiveBu xəbər 31 Avqust 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri