Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Qurban Qurbanovun heyrəti, atmacaya cavabı və “İnturist”də yaşananlar

Qurban Qurbanovun heyrəti, atmacaya cavabı və “İnturist”də yaşananlar

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bakıda, Dənizkənarı bulvar yaxınlığında yeni salınan “İnturist” adlı bir otel var. Əslində bu adda otel paytaxtımızın həyatına daha köhnə dövrdə qədəm qoyub. Hardasa 90 il əvvəl. Vikiıpediyada oxuyuram: “1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərzində Bakının ən sevilən məkanlarindan biri olub. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur mehmanxanası "İnturist" idi”.

Sonra təzə bir “İnturist” də tikilib, bundan sonra haqqında bəhs etdiyim həmin “İnturist” yerli camaat arasında artıq köhnə “İnturist” adlandırılmağa başlayıb. 

İndiki “İnturist” köhnə “İnturist”in yerindən hardasa 150-200 metr aralıda təxminən eyni üslubda tikilib. Köhnəsi isə 2000-ci illərin əvvəlində sökülmüşdü. 

Və mənim yolum o otellə 1-2 saatlıq olsa da, kəsişmişdi. 2001-ci ildə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş İqor Ponomaryovla müsahibələrimdən birini komanda hazırlıq dövründə orada məskunlaşdığı üçün məhz kohnə “İnturist”də götürmüşdüm. Sonra da kapitan Tərlan Əhmədovla.

Futbolumuzun pulsuz və ağır dövrü idi. 

İndi illərdir futbolumuzun pulu da var, şəraiti də, bir tək ağırlığı yoxdur.

Dünən “İnturist”ə futbol tədbirinə dəvətliydim. Anar Şabanoğlunun redaktoru olduğu sports.az saytı Etopaz-ın sponsorluğu ilə 2024/25 mövsümünün qaliblərini mükafatlandıracaqdı. Həyat insanı həmişə təəccübləndirər deyiblər. Otelə ayaq basar-basmaz qabağıma ilk çıxan şəxs İqor Ponomaryov olur. 24 il əvvəl olduğu kimi. Eldar müəllimlə - Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovla ayaqüstü söhbət edirlər. Ponomaryova “köhnə İnturist”də onunla müsahibə götürdüyümü deyirəm. Gülümsəyir. Xatırlaması yəqin ki, mümkün deyil. Nədə olsa o vaxtdan əsrin dörddəbiri geridə qalıb. Onda mənim az qala uşaqlıq dövrüm idi.

Otelə girəncə Eldar müəllim köhnə “İnturist”i yada salır, səsində bir az nisgill də hiss olunur. İndiki və köhnə otellər arasındakı bənzərliklərə işarə edir.

Sonra “İnturist”də o biri müsahibim olmuş Tərlan Əhmədovu gözlərim axtarır. Görə bilmirəm... 

Tərlan Əhmədov indi də müsahibələr verir. Sözü ancaq saytlarda, TV-lərdədir. Özü isə futbolda yoxdur. Federasiya, klublar futbolun qapısını birdəfəlik bağlayıblar sanki onun üçün…

Amma yaxşı məşqçilərimizə laqeydliyin dozunu bir az azaltmalıyıq.

Belə olmaz.

İşdən söhbət düşmüşkən. Yeni rəhbərliyin gəlişindən sonra AFFA-nın İcraiyyə Komitəsindəki vəzifəsini itirən İsgəndər Cavadov da buradadır. 

Son vaxtlar TV-lərdəki müsahibələrimdən danışır. Ondan soruşuram, işləriniz necədir? Zarafatından qalmayaraq deyir:

- İş var ki?

Və zarafat demişkən, bir yerdə ki Aqil Abbas var, mütləq o məclisin yumor qarışıq dadı-duzu da olmalıdır.

Aqil müəllim tədbirə fəxri qonaq kimi dəvət olunub. Millimizin baş məşqçisi Fernandu Santuşla köhnə dostlar kimi yanaşı oturublar. Amma söhbət edə bilmirlər. Aqil müəllim ingilis, yaxud portuqal dilini də bilsəydi, Santuşa atmacası da olardı yəqin. 

Amma onun atmacasına “Qarabağ” klubu tuş gəlir. 

“İlin komandası” mükafatını klubun direktoru Emrah Çelikelə millət vəkili özü təqdim edir. Sonra söz alıb, “Qarabağ” və Qurban Qurbanov haqda xoş sözlər də deyir. Ən axırda da bu vacib qeydi etməyi zəruri bilir:

“Qoy bunu da deyim, yekunlaşdırım. Qəzetdə zarafatla yazmışam ki, “Qarabağ”ın futbolçusu Addai satılır, hansı klub almaq istəsə, üstündə pul da verərik…”

Millət vəkilinin bu ərkyana repikasına cavabı da elə ərklə Qurban Qurbanov özü verir. O, tədbirdə “ilin məşqçisi” nominasiyasının qalibi qismində iştirak edir. Mükafatını AFFA-nıj icraçı vitse-prezidenti Sərxan Hacıyevdən alir, çıxış edir və Aqil Abbasa xitabla deyir:

“Aqil müəllim, pul varsa, verin futbolçu alaq, göndərməyək”.

Necə deyərlər, replikalar atışmasında yekun hesab olur 1:1…

Qurban müəllimin bu cavabına hamı güldü. Elə Qurban müəllim özü də, Aqil Abbas da, sözləri başa düşməsə də Fernandu Santuş da. Mahir Emreli də.

Ailəsi ilə İbitsa adasında istirahətəni başa vuran Mahir millinin yoxlama oyunlarına görə Bakıdadır. O, mövsümün ən yaxşı azərbaycanlı oyunçusu kimi mükafatlandırılır. Mükafatı isə Mahirə Vəli Qasımov təqdim edir.

Azərbaycanın ilk uğurlu legioner futbolçusu və hələlik sonuncu uğurlu legioneri. 

Almaniyada “Nürnberq”də mövsümü əla sonluqla bitirən və artıq o klubdan ayrılan Mahir qısaca nitq söyləyir və çıxışını tamamilə “Qarabağ”a ayırır, keçmiş klubuna vəfa borcunu dediyi bu sözlərlə ifadə edir:

“Qarabağ”ın xidmətini Azərbaycan futbolu unutmamalıdır. Mən də özüm də bu klubda böyümüşəm”.

Və o klub haqda çarx göstəriləndə, daha doğrusu, Toral Bayramovun bu mövsüm “Budo/Qlimt”ə Norveçdə vurduğu unudulmaz qol ekrana gələndə Qurban Qurbanov sanki yenidən heyrətlənir, çaş-baş qalır. Başlayır başını bulamağa. İlk dəfə o qolu görürmüş kimi. Futbolun qol adlı o gözəl əsərindən fəxarət hissi keçirirmiş kimi…

Tədbirdə digər nominasiyalar üzrə də qaliblər olur. Amma baxırsan ictimai dəyərlərə yüksək ehtiram göstərən təbəqələrimiz olsa da, futbolda hələ də çox kiçiyik.

Odur ki, futbolumuzun azsaylı böyüklərindən olan Qurban Qurbanovun təbirincə desək:

- Böyüməliyik!

Qalib ölkəmiz kimi. 

Müzəffər dövlətimiz kimi…

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri