Qurban Qurbanovun yanında oldu, indi də Qasperini və Luis Enrikeni arzulayır
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qarabağ"ın düşərgəsindən xoş təəssüratlarla ayrıldım. Ağdam təmsilçisi daxili mədəniyyəti, işə yanaşma tərzi və nizam-intizamı ilə mənə göstərdi ki, bura gəlməkdə doğru addım atmışam". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
"Qarabağ"ın bazasında, Qurban Qurbanovun yanında təcrübə keçən I Liqa klubunun baş məşqçisi gənc mütəxəssis düşərgədən müsbət fikirlə ayrıldığını deyib:
"Qarabağ"ın təlim məşq bazasına getmək həm nəzəri, həm praktiki baxımdan məni növbəti mərhələlərə daha hazır hala gətirdi. Təcrübə müddətində məşq proseslərini yaxından izləmək imkanım oldu. Məşqçilər heyətinin iş bölgüsü, hazırlıq mərhələləri və oyun strategiyalarının formalaşması kimi aspektlərdə təcrübə qazandım. Məşqçilərin detallara verdiyi diqqət və hər şeyi sistemə uyğun şəkildə planlaması xüsusilə diqqətimi çəkdi. Gəlcək planda hansısa xarici kluba getmək fikirim var. Can Pyero Qasperini və yaxud Luis Enrikenin yanında təcrübə keçmək istəyirəm".
Qeu=yd edək ki, başa çatan mövsümün yekunlarına görə, "Şəfa" I Liqaya vəsiqə qazanıb.
Baxış sayı:53
Bu xəbər 04 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















