Icma.az
close
up
RU
“Quska” prezidentə məktubunda yazır: “Bu cür insanların fitnəkarlığı nəticəsində...”

“Quska” prezidentə məktubunda yazır: “Bu cür insanların fitnəkarlığı nəticəsində...”

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayev 7 ilə yaxındır ki, həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı daha bir cinayət işi üzrə hazırda məhkəmə prosesi davam edir və prokuror ona daha 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bizimyol.info xəbər verir ki, Hüseyn Abdullayev həbsdən Prezident İlham Əliyevə müraciət edib.

“Cənab Prezident! Əminəm ki, mənim bir neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə Sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə, həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən biri olub. Ötən müddətdə anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib”, - deyə Hüseyn Abdullayev müraciətində yazıb.

O, məktubunda daha sonra qeyd edib ki, həyatını şüurlu şəkildə, Ulu Öndər Heydər Əliyevə xidmətə həsr edib:

“Ondan sonrakı dönəmlərdə də, mən Sizi xalq arasında nüfuzdan salan, fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, Sizə xidmət etmiş oluram. Lakin bu cür insanların fitnəkarlığı nəticəsində sizin nəzərinizdə düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları nəzərə alaraq, anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm”.

Keçmiş deputat müraciətinin sonunda bəyan edib ki, azadlıqda olarkən heç zaman Prezident İlham Əliyevə qarşı hansısa xoşagəlməz davranışı olmayacaq: “Bu, əvvəl də belə olub, bundan sonra da belə olaraq qalacaq. Buna əmin ola bilərsiniz!“

Onun məktubunu yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyev elan edib. Hüseyn Abdullayevin müraciətinin surəti məhkəməyə də göndərilib.

Hakim bildirib ki, Hüseyn Abdullayevin işi üzrə məhkəmə istintaqı təzələnib.

Məhkəməyə istintaq təcridxanasından video-konfrans vasitəsilə qoşulan sabiq deputata hakim ifadə verməyi təklif edib. Lakin o, təqsirsiz olduğunu bildirib, ətraflı ifadə vermək istəməyib. Sabiq deputat ittihamların əsassız və iftira olduğunu deyib.

Prokuror çıxışında Hüseyn Abdullayevə cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması ittihamının məhkəmədə təsdiqini tapdığını bildirib və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi fevralın 13-nə qədər təxirə salınıb.

Keçmiş deputat, 2018-ci il aprelin 18-də həbs olunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən ilin martında barəsində yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham irəli sürülüb. O, 5,5 milyon manat vəsaiti leqallaşdırmaqda ittiham olunur. Lakin özünü təqsirli bilmir.

“Quska” ilk dəfə deputat olduğu vaxt - 2007-ci ildə parlamentin iclasında Fəzail Ağamalı ilə davaya görə xuliqanlıq ittihamı ilə həbs olunmuşdu.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri