Icma.az
close
up
RU
“Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi təsadüfi deyil” Deputat

“Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi təsadüfi deyil” Deputat

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsə də, onların uzun illər ərzində formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub.

Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus "paralel" idarəçilik mexanizmi qurmağa çalışmış, siyasi prosesləri idarə etmək iddiası göstərmiş və heç kəsə sirr deyil ki, müxtəlif üsullardan istifadə edərək qərarverici strukturlar üzərində nəzarət həyata keçirməyə çalışmışdır.

Digər tərəfdən, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb.

Bu paralel iki siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modellərini ortaya qoydğunu göstərir: hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutları deyil, şəxsi nüfuz amillərini önə çıxarmaq, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq, xarici regional proseslərdən isə daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xətdir.

Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni “pəncərələr”, ictimai rezonansın şişirdilməsi, mitinq iştirakçıları ilə bağlı saxta statistik təqdimatlardır.

Eyni zamanda, vaxtilə gündəmə gətirilən Qafqaz baharı, Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar Forumu”, “Milli Şura” layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir.

Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir.

Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur.

Belə bir şəraitdə, xüsusilə də radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli anti-milli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu məsələdə alətə çevriləcəyi ehtimalı ciddidir.

Açıq demək lazımdır ki, Ramiz Mehdiyev–Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil — bu, dövlət təhlükəsizliyi məsələsidir.

Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyevə hələ də gizli formada dəstək verən, gizli qapılar arxasında rəğbətini açıq formada ifadə edən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan və barələrində ciddi nüfuzdan salacaq materiallar mövcud olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında zəruri hüquqi tədbirlər görüləcəkdir.

Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır.

Kamal Cəfərov,

Milli Məclisin deputatı

YAP İdarə Heyətinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri