“Real Madrid” müdafiəyə yeni namizəd müəyyənləşdirib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid” futbol klubu komandanın mərkəz müdafiəsi xəttini gücləndirmək niyyətindədir.
İdman.Biz jurnalist Xorxe Pikona istinadən xəbər verir ki, Madrid klubunun transfer siyahısında “Ştutqart”ın müdafiəçisi Finn Yelç də yer alır.
Onun sözlərinə görə, “Real Madrid” müdafiənin mərkəzini gücləndirmək üçün 20 yaşlı futbolçunun transferində birbaşa maraqlıdır.
Bununla belə, klub rəhbərliyi hazırda axtarılan müdafiəçinin profili ilə bağlı müzakirələr aparır. Rəhbərliyin bir hissəsi mərkəz müdafiəçisi mövqeyinə təcrübəli futbolçunun gətirilməsinin vacib olduğunu düşünür.
20 yaşlı futbolçunun çıxışını “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Bavariya” və “Yuventus” da izləyir. “Ştutqart” rəhbərliyi Yelçin transferi üçün 50-60 milyon avro (110-120 milyon manat) tələb edir.
Yelç 2025-ci ildən “Ştutqart”da çıxış edir.
Yelç cari mövsümdə Almaniya çempionatında dörd oyuna çıxıb. Bu görüşlərdə bir məhsuldar ötürmə verən müdafiəçi bir dəfə də sarı vərəqə alıb.
Müdafiəçinin “Ştutqart”la qüvvədə olan müqaviləsinin müddəti 2030-cu il iyunun sonunda başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Oktyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















