“Real” “Selta” üzərində əzmkar qələbə qazandı Video
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, Madriddə keçirilən görüşdə qonaqlar Pablo Duranın 6-cı dəqiqədə vurduğu qolla hesabı açıblar. “Real”ın futbolçusu Cud Bellingem 66-cı dəqiqədə tarazlığı bərpa edib. Görüşün 85-ci dəqiqəsində isə Karlos Espe qələbə qolunu vurub.
Qeyd edək ki, matçın 38-ci dəqiqəsində “Real”ın hücumçusu Kilian Mbappe penaltidən yararlana bilməyib və topu qapının üstündən göndərib.
Bu qələbə Madrid təmsilçisinin İspaniya çempionatında ardıcıl altıncı, bütün turnirlərdə isə ardıcıl doqquzuncu uğuru olub. “Real” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Selta” isə 13 xalla 13-cü yerdədir.
Növbəti turda “Real” noyabrın 28-də doğma meydanda “Alaves”i qəbul edəcək. “Selta” isə noyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Noyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















