Regionlarda sığortadan istifadə səviyyəsi AÇIQLANDI
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Regionlarda tibbi xidmətlərə əlçatanlıq artıb. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi nəticəsində vətəndaşların tibbi yardıma çıxışı paytaxtla yanaşı, bölgələrdə də əhəmiyyətli dərəcədə yaxşılaşıb.
BAKU.WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTS) bildirilib ki, bu artım statistik göstəricilərdə də öz əksini tapır. 2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ümumilikdə 44 milyon 214 min 139 tibbi xidmət göstərilib. Bunun 42 faizi (18 milyon 393 min 441) Bakı şəhərinin, 58 faizi (25 milyon 820 min 698) isə regionların payına düşüb.
Qurumdan əlavə edilib ki, vətəndaşlara icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində də xidmət almaq imkanı yaradılıb. Hazırda 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq mövcuddur. Onların 70 faizi Bakıda, 30 faizi isə regionlarda fəaliyyət göstərir. Bu müəssisələr sırasında Bakı, Gəncə, Sumqayıtla yanaşı, Abşeron, Quba, Şəki, Lənkəran, Şirvan, Tovuz, Mingəçevir və digər rayonlar da yer alır.
Hazırda Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, eləcə də Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.
Əgər zəruri tibbi xidmət dövlət müəssisəsində mövcud deyilsə, Agentlik tərəfindən vətəndaşa müqaviləli özəl müəssisəyə göndəriş verilir. Göndəriş əsasında tibbi müəssisəni seçmək hüququ isə vətəndaşın özünə məxsusdur.
İTS-dən bildirilib ki, bu mexanizm vətəndaş məmnunluğunu artırmaqla yanaşı, tibbi xidmətlərin bərabər və şəffaf əsasda göstərilməsini təmin edir.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















