Icma.az
close
up
RU
Regionların inkişafı paytaxtın yüklənməsinin qarşısını ala bilər TƏHLİL

Regionların inkişafı paytaxtın yüklənməsinin qarşısını ala bilər TƏHLİL

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Dünyada bir çox ölkə müxtəlif səbəblərdən paytaxtını dəyişib. Hazırda Misir də yeni paytaxt inşa edərək bu addımı atan ölkələr sırasına qoşulub. Azərbaycanda da bu mövzu zaman-zaman müzakirə olunur. Lakin paytaxtın dəyişdirilməsi təkcə inzibati qərar deyil, həm də ciddi iqtisadi və infrastruktur məsələləri tələb edən prosesdir. Bəs Azərbaycanın paytaxtının köçürülməsi nə qədər doğru ola bilər?

İqtisadçı Elman Sadıqov Metbuat.az-a açıqlamasında bildirib ki, paytaxtın Bakı şəhərindən köçürülməsi məsələsinin gündəmə gəlməsi tam olaraq məntiqli görünmür:

“Vaxtilə İran da bu barədə düşünürdü. Qazaxıstanda isə paytaxt köçürülməsi artıq həyata keçirilib və s. Yəni bir neçə ölkədə bu barədə düşünülməsi və ya tətbiq olunması bizdə də bu mövzunun gündəmə gəlməsinə səbəb olur. Lakin nəzərə alaq ki, dünyada 200-ə yaxın ölkə var və onların heç 10 faizi belə paytaxtını köçürmək niyyətində deyil. Birincisi, paytaxtın köçürülməsi çox mürəkkəb və çətin prosesdir. İkincisi, bunun üçün güclü səbəblər və ciddi zərurət olmalıdır. Məsələn, Misirin paytaxtı köçürmək qərarı əhalinin sayının həddindən artıq çox olması, şəhərin həddindən artıq yüklənməsi, infrastrukturun zəifliyi və havanın çirklənməsi kimi faktorlarla əsaslandırılır. Misirin spesifik vəziyyətini nəzərə alaraq bu qərara müəyyən qədər haqq qazandırmaq olar. Amma Bakı şəhərində əhalinin sayı düşündüyümüz qədər çox deyil. Alimlər, memarlar, şəhərsalma üzrə mütəxəssislər də təsdiq edirlər ki, Bakı 10 milyon əhalini rahatlıqla məskunlaşdıra bilər. Yetər ki, yolların sayı kifayət qədər olsun və şəhərsalma planına ciddi riayət edilsin. Planlı şəkildə tədbirlər görülsə, gələcəkdə paytaxtda səliqə-səhman yaratmaq mümkündür”.

E.Sadıqov “Böyük Qayıdış” prosesinin əhəmiyyətli rolundan da danışıb:

“Ölkənin bəzi bölgələrində hələ də məskunlaşma çox zəifdir. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma artdıqca, həmin ərazilərdə iş yerləri yarandıqca Bakıdan regionlara köçənlərin sayı da artacaq. Tutaq ki, paytaxt başqa bir rayona köçürüldü. Bu, yenə də Bakı şəhərinin mövcud problemlərini həll etməyəcək. Əgər biz Bakının problemlərinin yalnız paytaxtın köçürülməsi ilə bitəcəyini düşünürüksə, bu, yanlış yanaşmadır. Bundan əlavə, belə bir addım üçün böyük iqtisadi resurslar tələb olunur. Məsələn, təkcə böyük qayıdış prosesinə və infrastruktur layihələrinə indiyə qədər 10 milyard dollardan çox vəsait xərclənib. Paytaxtın köçürülməsi üçün isə azı 25-30 milyard dollar tələb oluna bilər ki, bu da ölkənin valyuta ehtiyatlarının yarısına bərabərdir. O zaman paytaxtda tikilmiş nazirlik binaları və onlara xərclənən vəsaitlər necə olacaq? Bu, iqtisadi baxımdan qeyri-səmərəli bir addım olardı. Son 5-10 ildə inşa edilən böyük inzibati binaların başqa bir şəhərə köçürülməsi məqsədəuyğun deyil”.

İqtisadçının sözlərinə görə, hazırda Azərbaycanın neft və qaz gəlirlərinin azalacağı proqnozlaşdırılır. Həmçinin neftin qiymətləri ilə bağlı ciddi risklər mövcuddur:

“2030-cu ildən sonra dünyanın maliyyə sisteminin dəyişəcəyi gözlənilir və bu, bizim üçün nə dərəcədə əlverişli olacaq, sual altındadır. Qarşıda böyük gəlirlərin gözlənilmədiyini nəzərə alsaq, paytaxtın köçürülməsi iqtisadi cəhətdən heç rentabelli deyil. Bundan başqa, Bakının liman şəhəri və iri beynəlxalq hava limanına sahib olması da paytaxtın köçürülməsinin məqsədəuyğun olmadığını göstərir. Biz hava limanını köçürə bilərik, amma Xəzər dənizini köçürə bilmərik. Paytaxt köçürülsə belə, bu obyektlər biznes əlaqələrinə təsir göstərməyə davam edəcək.

Azərbaycan coğrafi baxımdan kiçik ölkədir. Dünyada paytaxtını köçürən ölkələrə nəzər salsaq, onların əsasən nəhəng iqtisadiyyata malik olduqlarını görərik. Məsələn, Çinin əhalisi 1 milyard 400 milyondur, paytaxtı həddən artıq sıxlıq təşkil etdiyi üçün Çin sıfırdan Şanxay şəhərini tikir və cəmi 5 il ərzində onu dünyanın ən müasir şəhərlərindən birinə çevirir. Amma Azərbaycanın 10 milyonluq əhalisi və məhdud resursları var”.

Ekspert qeyd edib ki, paytaxtın köçürülməsinə xərclənəcək vəsaiti Bakıdakı problemlərin həllinə, “Böyük Qayıdış”ın icrasına və regionlarda istehsal müəssisələrinin qurulmasına yönəltsək, rayonlarda yeni iş yerləri açsaq, daha böyük iqtisadi və sosial nəticələr əldə edə bilərik:

“Paytaxtın köçürülməsi üçün xərclənəcək vəsaitin beşdə birini, hətta altıda birini belə müxtəlif iqtisadi rayonlarda müəssisələrə sərmayə kimi yatırsaq, o zaman paytaxtdan kifayət qədər əhalinin köçməsinə nail ola bilərik. Bütün bunları nəzərə aldıqda, həm əhalinin sayı, həm ölkənin ölçüsü, həm də paytaxtın hara köçürüləcəyi ilə bağlı ciddi suallar yaranır. Məsələn, Qarabağa köçürmək strateji baxımdan risklidir. Ermənistanla qonşuluq və gələcəkdə bu bölgədə baş verə biləcək hadisələr nəzərə alınmalıdır. Ümumilikdə, Azərbaycanın bir başından o başına məsafə cəmi 500-600 km civarındadır və belə bir halda paytaxtın köçürülməsinin ciddi bir əhəmiyyəti yoxdur. Dünya iqtisadiyyatında kataklizmlər baş verir, bütün ölkələr “kəmərsıxma” siyasəti yürüdür və büdcədə qənaət edirlər. Dünya ölkələri öz istehsallarını qorumaq üçün proteksionist siyasətə keçiblər. Belə bir vəziyyətdə ölkənin strateji valyuta ehtiyatlarının az qala yarısı hesabına başa gələcək bir layihəyə başlamaq, düşünürəm ki, iqtisadi cəhətdən məqsədəuyğun deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə hazırlanmışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri