“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 mindən çox şəxsə xidmət göstərilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2 min 100 şəxsə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















