Icma.az
close
up
RU
“Rəhbər vəzifələrdə farslar tanıyırdım ki, Azərbaycanla yaxşı münasibətlər qurulmasına çox səmimi dəstək verirdilər...”

“Rəhbər vəzifələrdə farslar tanıyırdım ki, Azərbaycanla yaxşı münasibətlər qurulmasına çox səmimi dəstək verirdilər...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Birgə hərbi təlimlərin özü əməkdaşlığın istiləşməsinə gözəl bir nümunədir. Odur ki,  bundan sonra da iki ölkə arasındakı münasibətlərin daha isti və yaxın olacağına böyük inam var...”

Məlum olduğu kimi, milliyyətcə Azərbaycan türkü olan  İran prezidenti Məsud Pezeşkian əvvəlcə Bakıda keçirilən “COP-29” tədbirinə gələcəyini bəyan etdi, lakin sonra gəlmədi... Bunun səbəbləri haqda müxtəlif versiyalar səsləndirildi... Siz də əvvəlki söhbətimizdə bunun səbəbini tamam başqa cür izah etdiniz... Amma ümumiyyətlə, nədənsə Azərbaycan türkü olan prezidentin işə başlamasından sonrakı xeyli müddətdə də, son vaxtlar bəzi sahələrdə əməkdaşlıq istisna olmaqla, Azərbaycan –İran münasibətlərində gözlənilən istiləşməni müşahidə etmirik.  Görəsən, elə belə də davam edəcək, yoxsa nəsə müsbət dəyişikliklər gözlənilir?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:

“Öncəki söhbətlərimizdə dediyimiz kimi, İran bizim üçün yalnız qonşu dövlət deyil, nəzərə almalıyıq ki, bu ölkənin əhalisinin 52 faizi, yəni təxminən  48 milyona yaxın sakini Azərbaycan türkləridir... Onu da demək lazımdır ki, siyasətdə müxtəlif şəxsiyyətlərin də rolu olur.  Son onilliklərdə İranda bir çox şəxslər hakimiyyətdə olub. Və onların arasında Azərbaycana münasibəti müsbət olan çox insanlar görmüşük. Milliyyətindən asılı olmayaraq...  Rəhbər vəzifələrdə olan farslar tanıyırdım ki, Azərbaycanla yaxşı münasibətlər qurulmasına çox səmimi və sədaqətlə dəstək verirdilər...”

Bilirsiz, siyasətdə müdrik insanlar var, bir də naşı insanlar. Müdrik siyasətçilər ölkəsinin siyasətini xalqının, dövlətinin maraqlarına uyğun elə tənzimləyir ki, tərəf müqabilinə ziyan gətirməsin və ortada hər iki ölkənin maraqlarına cavab verən, hər iki xalqın rifahına xidmət edən ikitərəfli, səmərəli əməkdaşlıq olsun. Belə müdrik siyasətçilər keçmişdə də var idi, bu gün də var... 

Bütün hallrda inanmıram ki, cənab Pezeşkianın prezidentliyi dövründə İran-Azərbaycan münasibətləri pisliyə doğru inkişaf etsin. Çünki İranda da artıq çoxları başa düşür ki, Azərbaycanla isti münasibətlər önəmlidir. Bəli, qeyd etdiyim kimi, keçmişdə siyasətdə elə adamlar olub ki, məsələləri dərindən görə bilməyiblər. Ona görə də təəssüflər olsun ki, İran-Azərbaycan münasibətlrində bir müddət soyuqluq oldu. Azərbaycan səfirliyinə qarşı terror aktı və s. Lakin bunlara rəğmən hadisələrin inkişafı göstərdi ki, Azərbaycan İranla hər cür əməkdaşlığa hazırdır. Azərbaycan prezidenti də daim qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verir və elə layihələr irəli sürür ki, onların həyata keçirilməsi ölkələrin iqtisadi inkişafına, xalqların rifah halının yüksəlişinə müsbət təsir göstərir. Gürcüstanla, Rusiya ilə, Türkmənistan, Qazaxıstanla və s. ilə əlaqələr göz qabağındadır.  Təəssüf ki, İrandakı öncəki prezidentlər Azərbaycanla münasibətlərin qurulmasında, birgə layihələrin həyata keçirilməsində o qədər səmimi deyildilər. Odur ki, imkanlardan tam istifadə olunmurdu. Halbuki, Azərbaycanla İran arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar vardı. Və nəhayət,  Pezeşkianın bir Azərbaycan türkü olaraq İran prezidenti seçilməsi bu münasibətlərin tədricən istiləşməsinə çox müsbət təsir göstərdi. Dünyada və regiondakı bir sıra ziddiyyətli olaylar  prosesi bir az ləngitsə də, artıq demək olar ki, İran-Azərbaycan münasibətlərində ciddi bir istiləşmə getməkdədir.  Buna bariz nümunə bu günlərdə keçirilmiş “SEPAH”, yəni İran İslam İnqilabı Keşikçiləri Kopusunun və Azərbaycan Quru Qoşunlarının xüsusi təyinatlılarının  birgə  “Araz-2024” hərbi təlimləri oldu. Bundan öncə noyabrın əvvəlində isə Azərbaycan və İran İslam Respublikası ordularının Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimləri keçirildi.  Birgə hərbi təlimlərin özü əməkdaşlığın istiləşməsinə gözəl bir nümunədir. Odur ki,  bundan sonra da iki ölkə arasındakı münasibətlərin daha isti və yaxın olacağına böyük inam var...” 

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri