Rektor: Universitetimizin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans ən böyük tədbirimizdir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 iyun, AZƏRTAC
Bu gün biz universitetimizin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiririk. Bu bizim üçün çox vacib bir tədbirdir. İlk növbədə ona görə ki, universitetimizin yubileyinə həsr olunmuş çoxsaylı tədbirlərin içində beynəlxalq səviyyədə keçirilən ən böyük tədbirimizdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gölçöhrə Məmmədova jurnalistlərə müsahibəsində söyləyib.
Rektor bildirib ki, biz bu gün universitetimizin 50 ildə keçdiyi yoldan danışırıq, mövcud olmuş elmi məktəblərdən, bugünkü potensialından, elmimizin beynəlmiləlləşməsindən, elmi-tədqiqat sahəsində əlaqələrimizin genişlənməsindən, güclənməsindən danışırıq. Konfransı tərəfdaşlrımızla birgə İstanbul Texniki Universiteti, Xorvatiya Universiteti və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçiririk.
Xüsusi qeyd etməliyəm ki, İstanbul Texniki Universiteti ilə artıq 3-cü konfrans keçirilir. Həm elmi-tədqiqat nöqteyi-nəzərindən, həm əlaqələrimizin genişlənməsi və elmimizin beynəlxalq səviyyədə tanınması baxımından çox böyük əhəmiyyəti var. Konfransımız inşaatın müasir problemlərinə həsr olunub. Burada həm memarlıqdan, şəhərsalmadan, müasir inşaat materiallarının problemlərindən danışacağıq. Eyni zamanda, universitetdə kifayət qədər çox güclü riyaziyyatçı alimlər və mexaniklər də çalışır. Onlar da inşaat sahəsində yeniliklərdən söhbət açacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















