Icma.az
close
up
RU
Rəngini dəyişən Cənubi Qafqaz, yolunu azan Ermənistan və region dövlətlərinin Azərbaycana stavkası İrəvan yenə oyundan kənar vəziyyətdədir Təhlil KONKRET

Rəngini dəyişən Cənubi Qafqaz, yolunu azan Ermənistan və region dövlətlərinin Azərbaycana stavkası İrəvan yenə oyundan kənar vəziyyətdədir Təhlil KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbayacan Cənubi Qafqazda açar dövlətdir və bu, ölkəmizin beynəlxalq aləmdə siyasi gücünün artması deməkdir. Şimalla Cənubun, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan region ölkələri üçün də layiqli tərəfdaşdır. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməsi ölkəmizə olan geosiyasi maraqları daha da artırır.

Yeni dünya düzənində Azərbaycanın oynadığı rol, inkişaf etdirilən əməkdaşlıq, ölkəmizə marağı daha da artırıb. Məsələ burasındadır ki, Ermənistanın Qərblə əməkdaşlığı fonunda Şimal və Cənub qonşumuzun siyasi maraqlarının tapdanması yeni reallıqlar yaradır. Artıq Ermənistan region dövlətləri üçün maraqsızdır və düşmən ölkə bütün iri layihələrdən kənarda qalır. İri enerji xətlərinin Ermənistandan yan keçməsi, İrəvanı iqtisadi cəhətdən məhv edilməsi deməkdir. Bütün dövrlərdə onun-bunun forpostu rolunda çıxış edən Ermənistanın seçdiyi yol bu dəfə tamam fərqlidir. 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən qüvvələr, onu üzərinə götürdüyü  öhdəlikləri yerinə yetirməyə məcbur edir. Yeddi ildir davam edən Qərb-Paşinyan  oyunu region ölkələri üçün təhlükə mənbəyidir. Paşinyanın qarşısına qoyulan əsas vəzifə Rusiyanın Cənubi Qafqazdan çıxarılması, eyni zamanda Azərbaycan və Türkiyəyə təzyiq göstərilməsidir. Ermənistan üzərindən regiona daxil olmağa cəhd edən Qərb artıq öz istəyinə nail olmaq üçün əsas addımları atıb.

Avropanın Müşahidə Missiyası adı altında Ermənistana Qərb kəşfiyyatçılarının yerləşdirilməsi, güclü silahlanma, Ermənistanın Moskvanın patronajlığı altında keçirilən tədbirlərə biganə yanaşması, KTMT-nin yığıncaqlarını baykot etməsi, ABŞ hərbçiləri ilə birgə təlim, Rusiya sərhədçilərinin Zvartnos hava limanından kənarlaşdırılması və digər hallar İrəvanın Rusiyaya dirsək göstərməsi kimi dəyərləndirilir. Üstəlik, ötən ilin aprelində Aİ-Ermənistan-ABŞ formatında görüşün təşkili və Paşinyana xüsusi tapşırıqlar, regionda anti-Rusiya siyasi kursunun davamı idi. Amerikanın Cənubi Qafqaza can atması, Ermənistanı hərbi-siyasi sahədə dəstəkləməsi, eyni zamanda  regionda sülhə təhdid yaradır. Üstəlik, ABŞ-nin Ermənistanın cənubuna soxulması, İranla sərhəddə nəzarəti ələ keçirməsi   Vaşinqton üçün prioritetdir. ABŞ-Ermənistan münasibətlərinin məntiqi davamı olaraq yanvarın 14-də iki ölkə arasında strateji əməkdaşlıq xartiyası imzalandı.

Hakimiyyətinin son günlərində tələm-tələsik Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi imzalayan Bayden administrasiyası, Tramp üçün böyük  yük qoyub getdi. Təbii ki, burada söhbət ABŞ-nin dərin dövlət prinsiplərindən gedir. Bu xartiyanın hansı administrasiya tərəfəindən imzalanmasından asılı olmayaraq, sazişdə nəzərdə tutulan bəndlər  mərhələ-mərhələ  həyata keçiriləcək. Deməli, imzalanan bu sazişlə Amerikanın Cənubi Qafqaza yolu tam açılır. Cənubda İranı, Qərbdə Türkiyəni nəzarət altında saxlamağa hesablanan bu anlaşma Azərbaycan üçün də təhlükədir. Eyni zamanda bu saziş, Rusiyanın Cənubi Qafqaz siyasətinin də sonu ola bilər. Ermənistanın iki stulda oturması isə Paşinyanın təhlükəli oyunlara cəlb olunmasına işarədir. Bütün tranzit yollarından məhrum olan Ermənistan Hindistandan gələn, İrandan keçən, Ermənistan üzərindən Qara dənizə çıxan dəhlizə ümid edirdi. Onlar bu marşurutla bəzi daşımalar etsələr də, hələlik bu yolun iqtisadi gücü tərəfləri qane etmir. Bu marşurut ancaq Hindistandan Ermənistana silah daşınmasını təmin edir və İran maşınlarının Ermənistana giriş-çıxışı üçündür. Yeni  ABŞ-Ermənistan anlaşmasına görə ABŞ Ermənistanın cənubunda gömrük monitorinqi keçirmək səlahiyyətinə malikdir. Deməli, İranın Bəndərəbad limanından Qara dənizə kimi nəzərdə tutulan marşurut bir başa Amerikanın nəzarətinə keçəcək.

Bunu nəzə alan Rusiya və İran liderləri yanvarın 17-də Moskvada Rusiyadan İrana ötürüləcək qaz xətdinin Azərbaycandan keçməsini daha məqbul hesab ediblər.      Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla danışıqlardan sonra iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin artıq işlənmə mərhələsində olduğunu təsdiqləyib. Layihənin illik 2 milyard kubmetrə qədər tədarüklə başlanacağı, 55 milyard kubmetrə qədər artım perspektivi gözlənilir.

İranda təbii qaza tələbat ildən-ilə artır. İran ildə təxminən 260 milyard kubmetr qaz hasil etməsinə baxmayaraq, yüksək istehlak səbəbindən daxili qaz defisiti ilə üzləşir. Lakin Rusiya-İran qaz kəmərinin iqtisadi deyil, geosiyasi əhəmiyyəti var. Əslində bu, çoxqütblü enerji sisteminin formalaşmasında mühüm mərhələdir. O, Rusiya, İran, Qətər və Türkmənistanın iştirakı ilə qaz qovşağının yaradılmasına dair danışıqlar kontekstində xüsusi əhəmiyyət kəsb edir. Belə meqalayihələrin həyata keçirilməsi fonunda Ermənistan növbəti dəfə oyundan kənarda qalıb.

Bu,Ermənistanda da görünür  və düşmən ölkənin siyasi dairələrində geniş müzakirə olunur. İri layihələrdən kənarda qalan Ermənistan, yalnız Qərbdəki tərəfdaşlarının qəpik-quruşuna möhtacdır. Onlar da Paşinyana beş-on dollar göstərən kimi, İrəvanın qarşısına ciddi şərtlər qoyur və “heç nə havayı verilmir”, prinsipi ilə Ermənistan dövlətçiliyini təhlükə altına alırlar. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Ermənistan və onun havadarları da İrəvanı məhz özlərindən asılı vəziyyətdə saxlamağa çalışırılar. Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edən İran, bir neçə gündən sonra Şimal sərhəddində qara rəngli düşmənini görəcək. Paşinyan isə Qərb qarşısında  7 il əvvəl götürdüyü öhdəliyi yerinə yetirməkdə davam edir. Amma Cənubi Qafqazda rənglərin bir-birinə qarışdığı dönəmdə Ermənistanın hansı rənga düşəcəyi sual altındadır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri