Icma.az
close
up
RU
Rəqəmsal dünyada uşaqları qorumaq zamanın tələbidir

Rəqəmsal dünyada uşaqları qorumaq zamanın tələbidir

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı imzaladığı Fərman Azərbaycanda rəqəmsal təhlükəsizliyin yeni mərhələsinə keçidin göstəricisidir. Platformalarda istifadəçilərin qeydiyyatına dair yeni tələblər bəzi çevrələrdə yalnız texniki yenilik kimi qiymətləndirilsə də, əslində bu qərarın daha dərin sosial və təhlükəsizlik məzmunu var. Bu dəyişikliklər, ilk növbədə, rəqəmsal mühitdə məsuliyyətin artırılmasına, anonimlikdən sui-istifadənin məhdudlaşdırılmasına və ən əsası, uşaqların virtual aləmdə daha etibarlı şəkildə qorunmasına xidmət edir”.

Gununsesi.info bildirir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib:

“Uzun illərdir ki, valideynlər övladlarını küçədə hansı insanlarla ünsiyyət qurduqlarına, hansı məktəbdə oxuduqlarına və harada vaxt keçirdiklərinə görə narahat olurlar. Amma artıq dünyanın ən böyük “küçəsi” cib telefonlarının ekranındadır. Uşaq evdə, valideyninin gözünün qarşısında otursa belə, saniyələr ərzində zorakılığı təbliğ edən görüntülərlə, saxta məlumatlarla, kibertəzyiqlə, təhlükəli çağırışlarla və psixoloji manipulyasiya üsulları ilə üz-üzə qala bilər. Bu isə göstərir ki, XXI əsrdə valideyn nəzarəti yalnız evin qapısına qədər deyil, internetin qapısına qədər uzanmalıdır.

Sosial şəbəkələr neytral platformalar deyil. Onlar milyardlarla dollar gəlir əldə edən, insan davranışını analiz edən və istifadəçini mümkün qədər uzun müddət ekranda saxlamağa çalışan mürəkkəb alqoritmlər üzərində qurulub. Bu sistemlər yetkin insanın belə emosiyalarını idarə etməyə çalışırsa, formalaşmaqda olan uşaq psixologiyasına təsirinin nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil. Ən böyük təhlükə də məhz budur: uşaqlar artıq təkcə informasiya istehlakçısı deyil, həm də alqoritmlərin öyrəndiyi, yönləndirdiyi və təsir göstərdiyi auditoriyaya çevrilirlər.

Bəzən “uşaqlara qadağa qoymaq olmaz” arqumenti səsləndirilir. Əslində isə burada söhbət qadağadan yox, məsuliyyətdən gedir. Cəmiyyət necə ki, azyaşlıya avtomobil idarə etməyə, tütün və alkoqol almağa, yaxud müəyyən yaş həddinədək əmək fəaliyyətinə başlamağa icazə vermir, eyni yanaşma rəqəmsal mühitdə də tətbiq edilməlidir. Çünki psixoloji travmanın izi bəzən fiziki travmadan daha uzunömürlü olur.

Əlbəttə, yaş məhdudiyyəti problemin yeganə həlli deyil. Əgər ailədə rəqəmsal tərbiyə yoxdursa, məktəbdə media və informasiya savadlılığı öyrədilmirsə, valideyn uşağın internetdə nə ilə məşğul olduğunu bilmirsə, təkcə qanun bütün riskləri aradan qaldıra bilməz. Buna görə dövlətin hüquqi addımları valideyn məsuliyyəti, məktəblərin maarifləndirici fəaliyyəti və platformaların sosial məsuliyyəti ilə tamamlanmalıdır.

Bu gün dünyanın inkişaf etmiş ölkələri də eyni problemlə üz-üzədir. Bir çox dövlətlər sosial şəbəkələrdə yaşın təsdiqlənməsi, valideyn razılığı və uşaqların şəxsi məlumatlarının qorunması ilə bağlı daha sərt qaydalar tətbiq edir. Çünki artıq anlayırlar ki, rəqəmsal təhlükəsizlik kiberməkanda serverləri qorumaqdan ibarət deyil. Ən vacib məsələ insanı, xüsusilə də uşağı qorumaqdır.

Unutmayaq ki, bugünkü uşaq sabahın vətəndaşıdır. Əgər biz onun fiziki sağlamlığına, təhsilinə və mənəvi inkişafına diqqət yetiririksə, rəqəmsal sağlamlığını da eyni dərəcədə önəmli hesab etməliyik. Çünki gələcəyin ən böyük təhlükələri yalnız küçələrdə deyil, ekranların arxasında gizlənə bilər.

Rəqəmsal dövrdə güclü dövlət anlayışı da dəyişir. Güclü dövlət təkcə sərhədlərini qoruyan deyil, həm də uşaqlarının təhlükəsiz böyüdüyü rəqəmsal mühit formalaşdıran dövlətdir. Prezidentin imzaladığı Fərman da məhz bu baxımdan qiymətləndirilməli, gələcəyin informasiya təhlükəsizliyinə və sağlam nəslin yetişməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilməlidir”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri