Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Bu gün buradan məğlub hissi ilə ayrılmıram”

Rəşad Sadıqov: “Bu gün buradan məğlub hissi ilə ayrılmıram”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyundur. "Qarabağ"a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. İşimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, "Qarabağ" standart vəziyyətdən bizə 9-cu qol vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq".

- Penaltini qaçıran futbolçunu bağışlamaq olar?
- Niyə olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyil idi. "Qarabağ" böyük təzyiqlə oynayır. Buradan bir xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm. 

- Ötən mövsüm də avrkuboklarda gördük ki, penaltini vurmaqda çətinlik çəkən oyunçular var. Xüsusi məşqlər keçirsiz?
- Penaltinin xüsusi məşqi yoxdur. Oyun olsun və təzyiq zamanı vursun. Mə.qlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət də yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiqi var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm.

- Bu sezon Yusuf Lavalı görə biləcəyik?
- Müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazırlacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir.

- "Zirə" yaranandan bu günə qədər ən yaxşı durumdadır. Son matçlarda stabil oynayırsız. Bu stabilliyi sona qədər saxlamaq olacaq?
- Zaman göstərəcək. Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir. 

- Gedişat onu göstərir ki, avrokuboklara gedəcəksiz. Bu heyət yetərlidir, yoxsa əlavələr olmalıdır?
- Bir şey bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmazdı. Özümüzə və rəqiblərə qarşı da. Avrokubokları təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər düşərik, sonra bu haqda danışarıq.

Millimizin üzvünün komandası məğlub olub Dadaşov oynadı, komandası məğlub oldu Millimizin üzvü oynamadı, komandası məhsuldar heç-heçə etdi “Turan Tovuz”un futbolçuları azarkeşlərə hücum çəkdi "Mingəçevir"də kompensasiya problemi: Məmmədovun gedişi maya qaldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Aprel 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri