Rəsmi Moskvadan Ermənistanın Avropa İttifaqı ilə bağlı verdiyi qərara reaksiya
Icma.az, Ayna saytına istinadən bildirir.
Rusiya XİN: “Aİİ və Aİ sistemləri hüquqi və iqtisadi bazalar nöqteyi-nəzərindən bir-birinə ziddir”
Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Avropa İttifaqının (Aİ) sistemləri hüquqi və iqtisadi bazalar nöqteyi-nəzərindən bir-birinə ziddir. AYNA xəbər verir ki, bu barədə Ermənistanın Aİ ilə mümkün yaxınlaşması ətrafında yaranmış vəziyyəti şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Bildirib ki, Aİ-yə inteqrasiya Ermənistanın Aİİ çərçivəsində iqtisadi və ticari əlaqələrinə təsir edə bilər ki, bu da dərindən təhlil olunmalıdır.
Diplomatın sözlərinə görə, belə addımların nəticələrini Rusiya və ya Aİ deyil, Ermənistan hakimiyyətinin özü izah etməlidir.
“Mühüm nüansları gizlətmək və problemi ört-basdır etmək reallığın inkarı deməkdir və potensial dezinformasiyadır”, Zaxarova vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, “demokratik ölkələrdə belə taleyüklü qərarların qəbulu ictimai müzakirələr, rəy sorğuları və referendumlarla müşayiət olunur”.
Baxış sayı:74
Bu xəbər 14 Fevral 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















