Icma.az
close
up
RU
Restoranda dava düşdü: 36 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Restoranda dava düşdü: 36 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Qusar şəhərində məşhur restoranlardan birində dava olub. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhərində yerləşən “Oazis” restoranında baş verib. Qusar rayon sakini, 1989-cu il təvəllüdlü Vəli restoranının müştərilər üçün nəzərdə tutulmuş otaqda yumruq zərbələri ilə Mahirənin (adlar şərtidir – red.) sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olan zaman Mahirə ilə tanış olub və sonradan onunla yaxın qadın kişi münasibətləri olub: “Sonradan Mahirə ilə münasibətimi kəsdim. Sonradan dostum mənimlə Mahirəni barışdırmaq istədiyini dedi və bizi “Oazis” restoranına apardı. Orada Mahirə əlində  olan çaxırı üstümə tulladı. Sonra Mahirə çaxır butulkası ilə məni vurmaq istədi. Bu vaxt mən qapını açaraq oradan  getdim. Mahirəni yumruq və təpiklə, başqa hər hansı zərbə ilə vurmamışam”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi  ifadəsində göstərib ki, hadisə günü saat 21 radələrində Qusar şəhərində yerləşən “Oazis” restoranının müştərilər üçün nəzərdə tutulmuş otaqda baş vermiş mübahisə zamanı yumruqla Mahirənin sifətinə vuraraq ona xəsarət  yetirib. 
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baş verib. Məhkəmənin hökmü ilə Vəliyə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar rayonunun kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına  nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri