Romelu Lukaku Milan a keçmək istəyir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukakunun karyerasını davam etdirmək üçün üstünlük verdiyi komanda müəyyənləşib.
"Cebheinfo.az" insayder Matteo Morettoya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu "Milan"a keçmək istəyir.
Hazırda tərəflər arasında rəsmi danışıqların aparılıb-aparılmadığı məlum deyil, lakin belçikalı forvardın agentləri tezliklə onun xidmətlərini "rossonerilər"ə təklif edəcək.
Lukakunun rəhbərliklə münaqişə səbəbindən yayda Neapol təmsilçisindən ayrılacağı gözlənilir.
Xatırladaq ki, Romelu Lukaku cari mövsüm "Napoli"də cəmi 7 oyunda (1 qol) meydanda olub. O, səhhətindəki problemlərə görə mövsümün böyük hissəsini buraxıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Aprel 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















