Icma.az
close
up
RU
Rubio Rusiyanın Qara dəniz razılaşmasındakı tələblərində mühüm bir detal var deyib

Rubio Rusiyanın Qara dəniz razılaşmasındakı tələblərində mühüm bir detal var deyib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Qara dənizdə atəşkəslə razılaşmağa hazırdır, lakin sanksiyaların ləğvi müqabilində bunu edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio danışıb.

Bununla belə, Rubionun sözlərinə görə, bəzi şərtlər arasında ABŞ-ın tətbiq etmədiyi sanksiyalar da var. "Bu şərtlərdən bəzilərinə bizim olmayan sanksiyalar daxildir. Bunları Avropa Birliyi təqdim edib. Ona görə də nümayəndələrimiz geri qayıdanda biz masa arxasına oturacağıq, təklifləri müzakirə edəcəyik, söhbətlərdən təəssüratlarını alacağıq, Rusiyanın mövqeyinin nə olduğunu və bunun müqabilində nə almaq istədiklərini daha yaxşı başa düşəcəyik", - deyə bildirib.

O əlavə edib ki, ABŞ indi Rusiyanın irəli sürdüyü tələbləri dəyərləndirməlidir. Rubio bildirib ki, ABŞ rəsmiləri “Rusiyanın mövqeyinin nə olduğunu və bunun müqabilində nə istədiklərini daha yaxşı başa düşməyə” çalışacaq və sonra Rusiyanın mövqeyini ABŞ-ın bundan sonra nə edəcəyinə qərar verəcək prezident Donald Trampa təqdim edəcək.

Eyni zamanda, onun sözlərinə görə, atəşkəsin müzakirəsi faktının özü də artıq müsbət haldır. “Düşünürəm ki, həm ukraynalıların, həm də rusların indi enerji və ya ola bilsin Qara dənizdə atəşkəsdən danışması yaxşı haldır”, - deyə Rubio vurğulayıb.

"The Times" qeyd edib ki, Qara dəniz atəşkəs razılaşması Putindən əhəmiyyətli güzəştlər tələb etmədən Moskvaya daha çox fayda gətirir.

"Teleqraf" yazıb ki, Rusiyanın Qara Dəniz Donanması sərbəst hərəkət etmək imkanı əldə edərək, Ukraynanın dəniz üstünlüyünü, sonra isə ticarət status-kvonunu təhdid edə bilər.

"The Guardian" onu da yazıb ki, Qara dəniz razılaşması Putinin istək siyahısıdır. Kreml müəyyən sanksiyaların ləğvini tələb edir və əgər Putin istədiyinə nail olarsa, bu, Qərbin sanksiya siyasətindən ilk ciddi geri çəkiliş olacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Mart 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri