Icma.az
close
up
RU
Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı...

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı...

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir. Bundan sonra ikinci yeri tutduğu "Miss Playboy" müsabiqəsinə qatılır. Amma arzusu həmişə televiziyada işləmək idi. Bir gün bu arzusuna çatır. Özünü yalnız modellik karyerasına həsr etmək üçün bu işdən imtina etsə də, yenidən qayıdacaqdı.

Andrea Mantea məşhur azərbaycanlı əsilli rumıniyalı və ispaniyalı model, teleaparıcı və müğənnidir. O, həm də Rumıniyada gözəllik yarışmasının qalibi olaraq, bu ölkənin yeni tarixinin ən gözəl qadınları sırasına adını yazıdırıb.

Azərbaycanlı atanın qızı

Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir.

Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.

Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub.

Son şam yeməyi

Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.

Madridin striptiz və ya gecə klublarında ofisiant və rəqqasə işlədiyi vaxt məşhur ispan iş adamı Fransosko Roiqlə tanış olur. Andrea modelyer Pako Rabannonu Roiq vasitəsilə tanıyır. Rabanno ilə işləməyə başlayan gənc model tez-tez ispan jurnallarının üz qabığında görünməyə başlayır.

"Qaynar nəşrlər"

Andrea ilk dəfə 2006-cı ildə "Promotor" jurnalı üçün foto çəkdirib. Bundan bir neçə ay ərzində "Miss Playboy" yarışmasına qatılıb, ikinci yeri tutub. Bundan sonra məşhur "Libertatea" qəzetinin müsabiqəsində "Ən seksual qız" seçilib. Bu, Rumıniyanın ən gözəl qızlarından bəzilərinin bədənlərini tez-tez nümayiş etdirdiyi yerdir.

Andrea məşhur Hyu Hefnerin malikanəsində təşkil edilmiş "Playboy" təqvimi üçün seçilib. Həmin gecə çəkilən fotoları 2009-cu ildə Ukraynada "Playboy"un "qaynar nəşrlər" seriyasının başlanğıcı olub.

Geofiziklə tanışlıq

İyirmi yaşında İspaniyada məşhur geofizik Mioar Mantea ilə tanış olur və soyadını dəyişdirərək onunla evlənir. Bir müddət sonra ispan film rejissoru Pedro Almodovarla tanış olur və onun ekran əsərlərinə dəvət almağa başlayır. Aktrisa olmaq qərarı vermişdi. Almodovarın filmlərindən birində italyan fahişəsi obrazını canlandırır.

İspaniyada "ulduz"u parıldamağa başlayanda Rumıniyadan gəlirli təklif alır və ora köçür, həyat yoldaşı işi üçün Almaniyaya gedir.

Andrea Mantea "Maxim", "Vogue", "Fanatik" və digər məşhur nəşrlər üçün model kimi kamera qarşısına keçib. Bir neçə dəfə bu jurnalların üz qabıqlarında görünüb. 2008-ci ilin avqust ayında "Pleyboy qızı" seçilib. Andrea Mantea bir neçə dəfə Fransa, Braziliya və Ukraynada kamera qarşısında pozalar verib və həmin ölkələrdə müxtəlif jurnallarda fotoları dərc olunub. 2011-ci ildə növbəti dəfə "Playboy" üçün soyunub.

Karyerasında musiqiyə də yer ayıran Andrea 2009-cu ildə Rumıniyada ilk musiqi albomunu buraxıb.

Canlı yayımda aşiq olmaq

Andrea Mantea bu gün Rumıniyada ən məşhur teleaparıcılardan biridir.

2005-ci ildə müxbir olaraq işlədiyi "Kiss" TV-də televiziya karyerasına başlayıb. Bundan sonra "Antena 1"də yayımlanan şou proqramın aparıcılarından biri olur. Mediadakı ilk uğurları onu Rumıniyanın ən reytinqli telekanalları və proqramları üçün qapıları üzünə açıb. Heç bir jurnalistika təhsili olmayan Andreanın televiziya karyerasında Türkiyənin məşhur "D" telekanalı da var.

Andrea 2014-cü ildə "Antena 1"də aparıcısı olduğu şou proqramının yayımı zamanı oğlu Davidin atası olan Kristian Mitreyaya aşiq olur. İkisi arasında qarışıq sevgi var idi. Onun sözlərinə görə, aralarındakı davalar hamiləliyinin altıncı ayında olanda başlayıb. Münasibətlərin getdikcə mürəkkəbləşdiyini görən Andrea onunla münasibətlərinə son qoyub.

O, bu gün də Rumıniyanın ən gözəl "ulduz"larından biri sayılır./Teleqraf.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Dekabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri