Icma.az
close
up
RU
Rus Evi başqa fəaliyyət ilə məşğuldur DEPUTAT AÇIQLADI

Rus Evi başqa fəaliyyət ilə məşğuldur DEPUTAT AÇIQLADI

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rus Evi”nin Azərbaycanda fəaliyyət göstərməsi və “Rus Evi” adı altında hüquqdan kənar Azərbaycanın maraqlarına zidd əməllərlə məşğul olması qəbuledilməzdir.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda 400-ə yaxın rus dilli məktəb, rus universitetlərinin filialları, ayrıca Bakı Slavyan Universitetində, Bakı Dillər Universitetində rus dili tədris olunur.

"Rus Dram Teatrının olduğu halda yenidən bir “Rus Evi”nin Azərbaycanda rus dili kursları təşkil etmək adı altında fəaliyyət göstərməsi ondan xəbər verir ki, deməli “Rus Evi” başqa bir fəaliyyətlə məşğuldur.

Hazırda Azərbaycan üçün bir nömrəli vəzifə milli maraqları və dövlət təhlükəsizliyini təmin etməkdir. Azərbaycan USAID-ni bağlamaqla əlaqədar olaraq qərar qəbul etmiş və bunu ABŞ-yə bildirmişdir. Azərbaycan “Rus Evi”nin fəaliyyətinin hüquqi əsaslarda tənzimlənməsi üçün Rusiya Federasiyasına nota ünvanlayıb və “Rus Evi” fəaliyyətini dayandırmaq barədə özü qərar qəbul edib”.

Hikmət Babaoğlu hesab edir ki, bu, çox doğru bir qərardır. Çünki, heç bir rus mənşəli humanitar təşkilat, mədəni qurum Rusiya-Azərbaycan mümasibətlərinə zərər verəcək fəaliyyətlə məşğul olmamalıdır. Halbuki, Rusiya bütün bu işlərlə məşğul olub və Azərbaycan XİN-in bəyanatında da bu məsələ öz əksini tapıb. Bundan sonrakı Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə Azərbaycan hər zaman Rusiya-Azərbaycan münasibətlərinin bərabərhüquqlu, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamağın tərəfdarıdır.

“Bütün bu məsələlərin hər biri, 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış “Müttəfiqlik Birgə Fəaliyyəti” haqqında birgə bəyannamədə də öz əksini tapıb. Ona görə də məhz həmin bəyannamədə göstərilən paradiqmal istiqamətlər üzrə Azərbaycan Rusiya ilə hər zaman münasibətləri yüksək səviyyədə saxlamağa hazırdır. Rusiya hansı addımlar atacaqsa, bu da onun qərarı olacaq”, - deyə deputat vurğulayıb.

Aminə Nəzərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 12 Fevral 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri