Icma.az
close
up
RU
“Rusiya Azərbaycana hücum etmək istəsə, qarşısında...” MÜSAHİBƏ

“Rusiya Azərbaycana hücum etmək istəsə, qarşısında...” MÜSAHİBƏ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsində sualları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırıb. Politoloqla söhbətdə Azərbaycan-Rusiya münasibətlərinin indiki fazasına toxunulub:

- Elxan bəy, Moskvadakı səfirimiz Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində görüş keçirib, bundan qabaq da Lavrovun müavinləri ilə müzakirələr aparıb. Hazırda ölkələr arasında ikitərəfli münasibətlər hansı dövrünü yaşayır?

- Hesab edirəm ki, bu görüşlər Rusiyadan irəli gələn istəklərdir. Yəni Moskva bizimlə müxtəlif səviyyələrdə danışıqlar aparılmasında maraqlıdır. İnanmıram ki, səfirin özündən belə görüşlərin keçirilməsi təşəbbüsü gəlsin. Sadəcə, Rusiyadan təşəbbüs varsa, səfir də Bakıdan təlimat alırsa, təbii ki, görüşdən imtina etmək olmaz. Hərçənd münasibətlərdə gərginlik qalmaqdadır. Amma belə görüşlərin reallaşmasından çox böyük nəticələr çıxarmağın tərəfdarı deyiləm. Çünki Azərbaycan-Rusiya əlaqələrinin hazırkı vəziyyətinə baxanda səfir Mustafayevin həm Xarici İşlər Nazirliyində, həm Müdafiə Nazirliyində keçirdiyi görüşlər simvolik xarakter daşıyır. Çünki Azərbaycanın əsas hərbi-siyasi müttəfiqi Türkiyədir. Bunu Rusiya da bilir. Ona görə səfirin Müdafiə Nazirliyində görüşü, 2022-ci ilin Moskva deklorasiyasının yada salınması simvolikdir. Azərbaycan ordusu Türkiyə hərbçiləri ilə hərbi təlimlər keçirir, müttəfiq ölkənin ordu sisteminin təcrübələrinə yiyələnir. Biz artıq Rusiya ilə hərbi təlimlər keçirmirik, heç qarşı tərəfdən silah da almırıq. 

- Maraqlıdır, həm Rusiya rəsmiləri ilə müzakirələr aparılır, həm də Kremlin “propoqanda maşını” – Duqin və Solovyov kimilər Azərbaycanı, eləcə də digər MDB ölkələrini hədələyirlər. Biri deyir, onların müstəqilliyi əlindən alınmalıdır, digəri isə “xüsusi hərbi əməliyyat” keçirməyə çağırır. Bu antoqonist siyasət nədən qaynaqlanır?

- Əslində, Rusiyanın regional siyasətində dəyişiklik yoxdur. Əksinə, mən deyərdim ki, şimal ölkəsi daha da aqressivləşib. Baxın, təyyarəmiz vuruldu, Kreml başçısı Putin Düşənbədə söz verdi, amma İstintaq Komitəsinin rəhbəri Bastrıkin işi ört-basdır etdi, dedi ki, cinayətin üstü açılmayacaq. Aydındır ki, onun bu mövqeyi Putinin təlimatı ilə olub. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılması davam edir. Bu baxımdan heç nə dəyişməyib və rus imperiyasının xarakteri qalmaqdadır. Üstəlik, bu hücumlar və təhdidlər sistemli xarakter almaqdadır. Məsələn, Qazaxıstan, Özbəkistan kimi Rusiyaya Azərbaycandan daha yaxın ölkələrin belə əleyhinə danışırlar. Ancaq elə bilirlər ki, bu ölkələri ilhaq edə biləcəklər. Halbuki Rusiya Ukraynada ilişib qalıb. Bu ölkələri təhdid edə bilərsən, amma dünya və region dəyişib. İndi Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin müttəfiqləri, orduları, tərəfdaşları var. Ən əsası isə dünya dəyişib və Rusiya istədiyini edə bilməz.

- Bu təhdidlərə rəvac verən Trampın tutduğu mövqe ola bilərmi? Ağ Ev lideri də Kanadanı, Panamanı, Qrenlandiyanı ilhaq etməklə hədələyir, Rusiya da bundan iştaha gəlir ki, sənə olarsa, mənə də olar...

- Tramp “Monro doktrinası”nı həyata keçirir və kənara çıxır. Bu da Rusiyanı həvəsləndirir ki, mən də öz “arxa bağçamda” təsirlərimi artıra bilərəm. Amma Rusiya Birləşmiş Ştatlar deyil, o qədər potensialı, resursu yoxdur. Gözümüzün qabağında beş ildir ki, Rusiya Ukraynada qalib gələ bilmir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bölgə ölkələri də ordularını gücləndirib, möhkəm ittifaqlar qurub. Misal üçün Rusiya Azərbaycana hücum etmək istəsə, qarşısında Türkiyəni görəcək. Həmçinin artıq “Tramp marşrutu” açılacaq. Rusiya bu logistikaya təhlükə yarada bilməz. Eyni zamanda, “Tramp yolu” reallaşırsa, ABŞ-nin də vəzifəsidir ki, həmin logistikanın keçdiyi ölkələrin təhlükəsizliyinə diqqət etsin. Bir sözlə, Rusiya əvvəllər etdiklərini indi həyata keçirə bilməz!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri