Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Rusiya FTX zabitinin məhkəməsi: Bakıya 7 milyon almaq üçün gəlibmiş

Rusiya FTX zabitinin məhkəməsi: Bakıya 7 milyon almaq üçün gəlibmiş

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Sonuncu proses vəkillərdən biri iştirak etmədiyinə görə təxirə salınıb.

İş üzrə Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.
Valeriy Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitdir.  Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.

Ötən prosesdə Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb. Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeriy Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeriy Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb.

Onlara sifariş etdikləri aviahissələri tədarük edib. İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb. Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib.

Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb. Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar.

O da hava limanına Valeriy Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib. Hadisə baş verən gün isə Valeriy Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeriy Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib. Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır.

Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeriy Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib.

Valeriy Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeriy Zaxarenkov sərbəst ifadə verib.

Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər. İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib. Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib.

Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeriy Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. Deyib ki, görüşə Valeriy Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeriy Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb.

Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğul olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb.

Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub. Oleq Bakinski Valeriy Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeriy Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb.

Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeriy Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər. (Musavat.com)

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri