Rusiya həlak olmuş ukraynalı əsgərlərin cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ukrayna əsgərlərinin həlak olmuş cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb və İstanbulda keçirilmiş danışıqlarda əldə olunmuş razılaşmalar çərçivəsində 6 mindən artıq cəsədin təhvil verilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin cəsədlərini daşıyan repatriasiya qatarları bir saat ərzində hərəkətə başlayacaq. Zorin qeyd edib ki, cəsədlərin təhvili həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə həyata keçiriləcək.
O vurğulayıb ki, Moskva Kiyevdən cəsədləri qəbul etməyə hazır olması barədə rəsmi təsdiq və xüsusi rabitə kanalı vasitəsilə bildiriş gözləyir. Zorinin sözlərinə görə, prosedurun gələn həftəyə təxirə salınması ilə bağlı siqnallar da var.
Aleksandr Zorin xüsusilə qeyd edib ki, həlak olmuş ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması təşəbbüsü sırf humanitar xarakter daşıyır və siyasi məqsədlərlə əlaqəli deyil. Onun sözlərinə görə, Rusiya əldə olunmuş bütün razılaşmaları, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların repatriasiyası ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 İyun 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















