Icma.az
close
up
RU
Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin daha sərt şəkildə aparılmasında maraqlıdır

Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin daha sərt şəkildə aparılmasında maraqlıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Son zamanlar Rusiyada “qanunsuz miqrasiya ilə mübarizə” adı altında bir sıra yeni qaydalar tətbiq edilir. Əksər hallarda bu qaydalar miqrantlar tərəfindən, xüsusilə də orada uzun müddət yaşamaq niyyətində olan şəxslər tərəfindən elə də müsbət qarşılanmır. Çünki bu əlavə onların üzərinə administrativ öhdəliklər qoyur. Hətta bəzi hallarda bürokratik əngəllər yaradır. Həmin qaydalar Rusiyaya səfər edib və daha sərbəst şəkildə müvafiq qaydada miqrasiya uçotuna alınaraq, orada yaşamaq istəyən insanlar üçün əlavə işlərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən də insanlar müəyyən mənada bu yeniliklərdən elə də məmnun deyillər. Amma məsələyə bir az başqa kontekstdən də baxmaq lazımdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, Rusiya hökuməti miqrantların maraqları barədə o qədər də düşünmür.

Azər Allahverənov

“Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin daha sərt şəkildə aparılmasında maraqlıdır. Təklif və tətbiq edilən qaydalar faktiki olaraq, miqrasiya prosesləri üzərində effektiv nəzarəti tətbiq etmək məqsədini daşıyır. Amma situasiya kəskin şəkildə və sürətlə dəyişir. Belə ki, indi müəyyən siyasi dairələr var ki, xüsusilə də antimiqrant ritorika üzərində hər zaman öz çıxışlarını edirlər. Misal; son zamanlar Rusiyanın bir sıra siyasi partiyalar parlamentdə və Dövlət Dumasında təmsil olunanlar fraksiya şəklində zaman-zaman miqrantlara qarşı çox sərt bir münasibətin sərgilənməsində maraqlı olduqlarını bildiriblər. Burada daha çox, ön plana dövlət maraqları çəkilir. Yəni miqrantlar və miqrasiya sahəsi bu ölkənin istər milli maraqlarına, istər təhlükəsizliyinə adekvat olmalıdır. Bu mövzu təhlükəsizlik sisteminin tələblərinə adekvat olmalıdır və burada da miqrantlar ölkə iqtisadiyyatına daha çox fayda verən bir tərəf qismində olmalıdır, qətiyyən dövləti çıxılmaz vəziyyətə qoymamalıdır. Bu cür ritorika formalaşdırılır və cəmiyyət tərəfindən də bu münasibətlər müsbət qarşılanır. Bu səbəbdən də, zaman-zaman yeni qaydaların tətbiq edildiyinin şahidi oluruq. Məsələn; QR kod məsələsi iyun ayının otuzundan sonra tətbiq olunacaq. Belə ki, şəxs ölkə ərzisinə girməmişdən 72 saat öncə məlumatını göndərməlidir. Ölkəyə səfəri barədə məlumat verməlidir. Bu, vizasız gediş-gəliş olan ölkələrin miqrantlarına şamil olunacaq.

Bununla yanaşı, digər yeniliklər də ola bilər. Misal üçün, tibbi arayışın tələb olunması məsələsi var. Bu da təklif şəklində diqqətə çatdırılıb. Depozitin qoyulması məsələsi var. Bu depozit nə üçün qoyulur? Misal; vizasız gediş-gəliş olan ölkənin vətəndaşı ölkə ərazisinə giriş edirsə, depozit üçün vəsait yatırır. Bu tələb ölkədən ölkəyə dəyişə bilir.

Bir də unifikasiya olunmuş bir ümumi bir rəqəm də ola bilər. Əgər ölkə ərazisinə qanunsuz əsaslarla yaşayırsa və onun deportasiyası baş verirsə, bu həmin şəxsin öz vəsaiti hesabına baş vermiş olsun. Çünki Rusiyadan son bir il ərzində deportasiya olunan şəxslərin şəxslər üçün Rusiya hökuməti 10000000 ABŞ dollardan artıq vəsait xərcləyib və daha dəqiq desəm, bizim bizim pulla hardasa 21000000 manatdır. Bu da Rusiya hökuməti üçün, kifayət qədər böyük bir vəsait hesab olunur”-deyə Azər Allahverənov qeyd edib.

Azər Allahverənovun fikrincə, depozitlə bağlı irəli sürülən təklif Rusiyanın maliyyə xərcini və yükünü bir qədər də azaltmış olacaq.

Deputat bildirib ki, digər qaydaların da tətbiq olunması da nəzərdə tutulur: “Şəxs sadəcə olaraq 90 gün gedib Rusiyada qalmaq istəyirsə, artıq həmin vaxt bu qaydalar hamısı ona şamil olunacaqdır. Bu da Rusiyaya gedib qısa bir müddətdə orada qalmaq istəyən insanların qərarlarına təsir göstərə bilər. Kim daha uzun müddət qalmaq istəyirsə, təbii ki, onlar bunu göz önünə alır və ölkə ərazisinə səfəri planlaşdırılmış şəkildə edir. Bu da cəmiyyətdə müəyyən problemlər yarada bilər, sıxıntılar yaşadar. Yenə də insan əgər getməkdə qərarlıdırsa, təbii ki, bunları da göz önünə gətirəcək. Rusiyada bu kimi təkliflər irəli sürənlər, məhz bunu da nəzərə alırlar. Rusiyaya gələn şəxs bu qaydalara uyğun davranmalıdır, yəni bir növ qəlibə salırlar.

Əməkçi miqrantların ailələrinin aparılması məsələsi var idi, o da gündəmdən çıxarıldı. O da bir sosial yük kimi dəyərləndirdi. Sonra bu rus dili bilməyən uşaqların, yəni miqrant ailələrindən olan uşaqların məktəblərə götürülməməsi məsələsi də tətbiq olunmağa başlayır.

Ayrı-ayrı seqmentlər üzrə daha çox Rusiya hökuməti öz maliyyə öhdəliyini və sosial yükünü azaltmaqla diqqəti daha çox oradan qənaət olunacaq vəsaitləri öz vətəndaşlarına yönəltmiş olacaq. Bu da istənilən halda miqrantlar üçün elə də xoş hesab olunan hal deyil”-deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasına gedən miqrantlar da elə bu kateqoriyadan olan şəxslərdir ki, onlar da artıq getməsi barədə qərar verərkən yüz ölçüb bir biçəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri