Icma.az
close
up
RU
Rusiya ilə iqtisadi münasibətlər hansı çərçivədə saxlanılmalıdır?

Rusiya ilə iqtisadi münasibətlər hansı çərçivədə saxlanılmalıdır?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya birinci, Türkiyə ikinci, Rusiya isə üçüncü yerdə dayanır. Ölkəmizdən ixrac üzrə də əsas ölkələrin sırası da demək olar ki, eynidir. İdxalda isə birinci yerdə Çin, ikinci yerdə Rusiyaya, üçüncü yerdə isə Türkiyə durur. Ötən həftə Rusiya prezidenti Vladimir Putin ölkə başçısı İlham Əliyevlə məlum görüşündən sonra jurnalistlərə bildirdi ki, Moskva ilə Bakı arasındakı münasibətlərdə ötən ilin dekabrından bəri müşahidə olunan gərginliyi dövlətlərarası böhran adlandırmaq olmaz.

Bəlli olduğu kimi, qeyd olunan gərginliyə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəb olmuşdu.

"Münasibətlərimizdə böhran olsaydı, ticarət və iqtisadi əlaqələrdə artım olmazdı. "Emosiyalar böhranı" var idi, çünki çox çətin hadisə, faciə ilə üzləşdik", - deyə Rusiya prezidenti vurğulamışdı.

Əlbəttə, Rusiya Federasiyası ilə ölkəmiz arasında münasibətlərin pisləşməsi heç bir halda yaxşı deyildi. Xüsusən də, qarşılıqlı iqtisadi və ticarət əlaqələri baxımından. Ümumiyyətlə, iqtisadi əlaqələr üçün ciddi təhdid xarakteri daşıyan hər bir şey dərhal aradan götürülməlidir. Ona görə ki, bu, hər iki ölkə üçün sərfəli deyil. O səbəbdən ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir və hər iki ölkəyə, xüsusən də bizə xeyir gətirir.

Bunu xarici ticarət dövriyyəmizdə, o cümlədən həm idxalda, həm ixracda yuxarıda göstərdiyim kimi Rusiyanın tutduğu mövqelər də sübut edir.

Təkcə ötən il ərzində Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 10.1% artaraq təxminən 4.8 milyard ABŞ dolları təşkil edib. Və sözügedən ölkə ilə alış-verişimiz ümumi xarici ticarət dövriyyəmizdə 10.08% paya sahib olub. 2023-cü ildə isə bu rəqəm 8.52% təşkil edib.

Ölkəmiz Rusiya ilə qarşılıqlı ticarət əlaqələrində 2024-cü ili 2 milyard 443 milyon 124 min 790 dollar mənfi saldo ilə başa vurub. Müqayisə üçün qeyd edim ki, 2023-cü ilin yekununa əsasən isə bu rəqəm 1 milyard 965 milyon 917 min 550 dollar təşkil edirdi. Mənfi saldonu artıran səbəb ötən il ərzində ölkəmizdən Rusiyaya ixracın 1.5% azalaraq 1.178 milyard dollar, Rusiyadan idxalın isə 14.5% artaraq 3.621 milyard dollar təşkil etməsi olub.

Ümumiyyətlə, ölkəmizə idxalda əsas ölkələr sırasında Rusiya iki il bundan əvvəl, yəni 2023-cü ilin yekununa əsasən ümumi idxalda 18.29% pay həcmi ilə birinci yerdə dayanırdı. Ötən il isə onu bu sırada Çin əvəz etdi - 17.69% və 17.20% pay həcmi ilə.

Rusiyadan ölkəmizə nə gətirilir?

Qısa cavab budur ki, Rusiyadan ölkəmizə demək olar, hər şey gətilir. Azərbaycana tikinti materialları, mal və quş əti, kərə yağı, süd, balıq məhsulları, yumurta, kartof, buğda, un və un məmulatları, marqarin və bitki yağları, alkoqollu içkilər, dərman vasitələri, tütün məmulatları, iribuynuzlu heyvanlar, ev quşları, sürtkü yağları, habelə elektrik enerjisi, qaz, kimya sənayesi məhsulları, kağız, müxtəlif məişət cihazları idxal olunur. Bir sözlə hər cür iqtisadi sektora aid məhsullar...

Azərbaycandan Rusiyaya isə əsasən qeyri-neft-qaz sektoruna aid məhsullar - meyvə və tərəvəz, konservlər, şərabçılıq məhsulları, tütün, pambıq ipliyi və sairə ixrac olunur. Ümumiyyətlə, qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr sırasında Rusiya böyük fərqlə ilk yerdə dayanır. Belə ki, 2024-cü ildə ölkəmizdən qeyri-neft məhsulları üzrə ümumi ixracda şimal qonşumuzun payı 34.62% təşkil edib ki, 2023-də bu rəqəm 33.28%-ə bərabər idi.

Azərbaycan üçün Rusiya ən böyük bazar sayılır. Məsələn, son üç ildə ölkəmizdən qeyri-neft məhsulları ixracı xeyli azalıb. Niyə, səbəb nədir?

Cavab isə çox sadədir, Rusiya-Ukrayna müharibəsi...

Ölkəmizdən qeyri-neft və qaz məhsullarının ixracının azalmasına məhz qeyd olunan müharibənin yaratdığı fəsadlar, konkret desəm eyni bazardan asılı olmağımız zəmin yaratdı.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi iqtisadiyyatımızın inkişafına çox böyük zərbə vurdu. Ona görə ki, biz qeyri neft-qaz sektoru məhsulları ixracı üzrə şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz sarıdan. Bu isə, çox ciddi mənfi situasiya və haldır.

Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə ixrac bazarlarının sayı əslində çox olmalı və bu sahədə alternativliyin mövcud olması vacib məsələ sayılır.

Ölkələrimiz arasında qarşılıqlı investisiya, enerji və nəqliyyat sahəsində əlaqələri və əməkdaşlığı hələ qeyd etmirəm və bunlara toxunmuram.

Odur ki, Rusiya ilə münasibətləri daim bir çərçivədə və ölçüdə saxlamaq lazımdır. Bu münasibətlərin bəlli bir tavanı və döşəmə həddi var. Hansı ki, bu hədləri dəlib deşməyə və yaxud sökməyə əsla yol verilməməlidir.

Son hadisələr, ümumiyyətlə sərnişin təyyarəmiz vurulandan bəri isə aşkar görünür ki, buna sanki ciddi-cəhdlə çalışan qüvvələr var.

Dövlət başçılarının ötən həftə baş tutan görüşündən sonra səsləndirilən bir fikirdə qeyd edildiyi kimi, iki ölkə arasında cari ilin başlanğıcından bəri müşahidə olunan soyuqluq mərhələsinin artıq, bundan sonra arxada qalacağına və Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişafı etdiriləcəyinə ümid etməyə dəyər.

"Ümid edirəm ki, biz bu səhifəni çevirmişik və irəliləyəcəyik", - Rusiya Prezidenti V.Putin demişkən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri