Icma.az
close
up
RU
Rusiya mediasının anti Azərbaycan kampaniyası bu ölkənin özünə ziyan vurur

Rusiya mediasının anti Azərbaycan kampaniyası bu ölkənin özünə ziyan vurur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Rusiya mediası azad deyil. Mədəni dünya dövlətləri senzuranı çoxdan ləğv edib, jurnalistikaya özünütənzimləmə statusu verib, media idarəçiliyində inzibati amirlik sistemini aradan qaldırıb. Rusiya isə köhnə sistemi saxlayıb. Avropa məkanında yerləşən azsaylı dövlətlərdən biridir ki, Rusiya Federasiyası hələ də media üzərində dövlət nəzarəti mexanizmini, senzuranı tətbiq edir. Bu funksiyanı xüsusi inzibati qurum – “Roskomnadzor” həyata keçirir. “Roskomnadzor” Rusiyanın “media subyektləri üzərində monitorinq, nəzarət və senzuraya cavabdeh olan federal icra hakimiyyəti orqanı” kimi təqdim edilir.

Qısa desək, Rusiya mediası hər hansı bir hadisə barədə obyektiv, qərəzsiz danışmaq, yazmaq ixtiyarına malik deyil. Bu ölkədə media fəaliyyəti çərçivəyə salınıb, qırmızı xətlər müəyyənləşdirilib. Jurnalistlər peşə standartlarını deyil, siyasi tendensiyaları rəhbər tutmağa sövq edilir.

Senzuralı davranış özünü xarici siyasətə aid məsələlərdə daha sərt şəkildə büruzə verir. “Roskomnadzor” cizgidən kənara çıxan media subyektlərini dərhal bloklamaq səlahiyyətinə malikdir. Təsadüfi deyil ki, Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra bu ölkədə qısa müddət ərzində 150-yə yaxın media subyektinin fəaliyyəti bloklanıb, ləğv edilib. Minlərlə jurnalist cərimələnib. Yeganə suçları budur ki, onlar Rusiya tərəfindən Ukrayna üzərində həyata keçirilən prosesləri “əməliyyat” deyil, “müharibə” adlandırıblar. Rəsmi ritorikanı bir kənara qoyaraq, xalqa həqiqəti çatdırmaq istəyiblər. “Novıye İzvestiya”, “Ust Kut 24”, “Permdaily.ru”, “Kavkazsky Uzel” və digər media qurumları Ukrayna müharibəsinin başlanmasının ilk günündən bağlandılar. Sonradan onların sayı 150-yə çatdı və ötdü.

“Roskomnadzor” bu yanaşmanı təkcə ölkədaxili media subyektlərinə deyil, transmilli və transsərhəd media subyektlərinə qarşı da tətbiq edib. O, xaricdə yerləşən, rus dilində xəbər yayan, Rusiya–Ukrayna müharibəsi barədə həqiqəti yaymağa təşəbbüs göstərən, XİN-in cızdığı xətdən kənara çıxan bütün trans-milli və transsərhəd media qurumlarını öz ərazisində blokladı. Təkcə İsrail ərazisində 9 media subyekti belə sanksiyaya məruz qaldı.

“Roskomnadzor” 2022-ci ilin mart ayında Azərbaycanın populyar və peşəkar media subyektlərindən olan “Oxu.az” xəbər portalının, "Haqqin.az" və "minval.az" saytlarının Rusiya Federasiyası ərazisində yayımına blok qoydu. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verildi.

“Roskomnadzor” Azərbaycan media subyektlərinin öz ərazisində bloklanması qərarına rəsmi izahat vermədi. Bilinən o idi ki, qeyd edilən KİV-lər Rusiya–Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər.

Azərbaycan jurnalistləri özlərinin informasiya siyasətində reallığa söykənir, Rusiya-Ukrayna müharibəsi barədə informasiya yayarkən, legitim beynəlxalq təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad edirdilər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını media qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməli idi. Nəzərə almalı idi ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquqları vardır. “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən, Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, pluralizm prinsiplərini pozdu, demokratiyaya zidd hərəkətlər etdi.

Qeyd etmək zəruridir ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı– 44 günlük müharibə– dönəmində də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 günlük müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar.

Onlar bu gün də eyni cür davranırlar. Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasına da peşə normaları kontekstində deyil, “öz həqiqətləri” fonunda baxırlar. 2024-cü il dekabrın 25-də Bakı–Qroznı marşrutu üzrə uçan AZAL sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulduqdan sonra Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin hesabatlar göstərir ki, təyyarə yerə çırpılmazdan əvvəl xarici təsirə məruz qalıb və füzelyajda çoxsaylı zədələr aşkar edilib. Lakin Rusiya mediası bu hadisəni ya minimum işıqlandırıb, ya da hadisənin əsl səbəblərini gizlətməyə çalışıb.

Təəssüf ki, Rusiyanın media ictimaiyyəti hələ də streotipləri qıra bilmir, ehkamlardan kənara çıxmağa cəhd göstərmir. Onların başqa xalqlara və dövlətlərə yanaşmaları hələ də “Roskomnadzor”un cızdığı xəttə və imperiya ambisiyalarına söykənir. Bu kontekst onların qonşu ölkələrə, postsovet məkanına münasibətlərində daha qabarıq şəkildə ortaya çıxır. Obyektiv reallıqları, həqiqətləri görmürlər, görmək istəmirlər. İstənilən məsələyə yanaşmalarında “öz həqiqətlərini” tətbiq etmək istəyirlər. Onların tətbiq etdikləri “həqiqətlər” isə özlərindən başqa heç kimə lazım olmur və heç kəsə inandırıcı görünmür.

Rusiya mediası Azərbaycan təyyarəsinin vurulması ilə bağlı faktları yanlış şərh edir. Təyyarəni vuranları, onu qəzaya sövq edənləri haqlı çıxarmağa çalışır. Bu, qeyri-peşəkar davranışdır, jurnalistika prinsiplərinə ziddir. Digər tərəfdən, həm də qeyri-rasional davranışdır. Hadisə bütün dünyanın gözü qarşısında baş verib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Qazaxstan, Azərbaycan və Braziliya mütəxəssislərindən ibarət təhqiqat qrupu yaradılıb, hadisənin bütün detallarını təhqiq edib. Bu qədər təşkilatın, dövlətin, mütəxəssisin gördüyü, rəy verdiyi faktları necə danmaq, necə yanlış şərh etmək olar? Rusiya bu cür davranışla bir uğur qazana bilərmi? Ağılları, vicdanları, peşəkarlıqları olsaydı, haqsızcasına inadkarlıq göstərmək əvəzinə, obyektiv davranıb üzrxahlıq etsəydilər, daha çox bəraət alardılar. Rusiya mediasının yanlış davranışı Azərbaycana yox, onların özlərinə vurur. Onların qeyri-peşəkar, senzuralı media olduqlarını dünya bir daha gördü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri