Rusiya məhkəməsi Ukrayna ordusunda döyüşmüş Ermənistan vətəndaşına 12 il həbs cəzası verib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya məhkəməsi Ukrayna silahlı qüvvələrinin tərkibində snayper kimi döyüşmüş Ermənistan vətəndaşını 12 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, Ermənistan vətəndaşı 2022-ci ildə Ukraynaya gedib və könüllü olaraq 124-cü Ərazi Müdafiə Briqadasına qoşulub.
2023-cü ilə qədər o, 2,3 milyon rubldan çox qazanc əldə edərək Donbasda, eləcə də Xerson vilayətindəki münaqişələrdə iştirak edib.
2024-cü ilin oktyabrında erməni muzdlu Domodedovo hava limanında saxlanılıb.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.

Ukrayna ordusunda vuruşan Azərbaycan vətəndaşına Rusiyada hökm oxundu
06 May 2025 17:36
Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib
06 May 2025 17:23
Ermənistan ordusunda özbaşınalıqdır
20 Aprel 2025 01:05
Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 14 il cəza verdi
06 May 2025 17:24
Rusiya məhkəməsi Azov üzvlərinə 23 ilədək həbs cəzası verib
26 Mart 2025 20:03

