Rusiya premyer liqasında meydan sulayan mərkəz hücumçusu “Qarabağ”da? 26 oyun, 15 qol!
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Qarabağ” axtardığı mərkəz hücumçusunu Rusiya premyer-liqasında tapıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi “Rubin”in futbolçusu Mirlind Dakunu transfer etmək istəyir.
“Köhlən atlar” artıq bu məqsədlə hərəkətə keçib. Lakin danışıqlar hələ ilkin mərhələdədi. “Qarabağ” Dakunu istəyirsə, hələ bir qədər “naz çəkməli olacaq”. Ona görə ki, hücumçunun klubuyla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi. Hər halda, ağdamlılar futbolçunu icarəyə götürmək istəyir.
Maraq üçün qeyd edək ki, Daku Kosovo “Hajvaliya”sının yetirməsidi. Karyerası ərzində “Lapi”, “Balkani” (hər ikisi Kosovo), “Osiyek” (Xorvatiya), “Kukesi” (Albaniya) və “Mura”nın (Sloveniya) şərəfini qoruyub. O, Albaniya millisində keçirdiyi 11 matçda 1 qolla yadda qalıb. 2024/25 mövsümündə “Rubin”in heyətində meydana çıxdığı 26 premyer-liqa matçında isə 15 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Dakunun “transfermarkt”dakı dəyəri 8 milyon avrodu. O, həm maddi, həm də performans statistikasına görə karyerasının baharını yaşayır.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 İyul 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















