Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Polşa Ukrayna ilə sərhəd boyunca 1000-dən çox sirena quraşdıracaq.
Axar.az xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Marçin Kervinski deyib.
“İlin sonunadək Polşanın Lyublin vilayətində xəbərdarlıq sisteminin gücləndirilməsi nəzərdə tutulur. Hazırda bölgədə təxminən 350 sirena mövcuddur.
Rusiya öz taktikasını dəyişib və Polşa-Ukrayna sərhədi yaxınlığındakı hədəflərə zərbə endirmək üçün reaktiv mühərrikli PUA-lardan və raketlərdən getdikcə daha çox istifadə edir.
Bu hadisələr zamanı Polşanın hava məkanı pozulmasa da, hücumların yaxın məsafədə baş verməsi daimi təhlükə yaradır. Həmçinin, Lyublin voyvodalığında mülki şəxslər üçün təxminən 3500 sığınacaq hazırlanıb”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:KİV: Polşa müharibəyə hazırlaşır
27 Mart 2025 11:17
Polşa müharibəyə hazırlaşır? Proses başladı
17 İyul 2026 02:16
Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
05 Sentyabr 2026 08:01
Polşa Rusiya ilə müharibəyə hazırlaşır? Xəbərlərin 20:00 buraxılışı
11 Sentyabr 2025 20:01
Polşa Rusiya ilə müharibəyə hazırlaşır “Yaxın aylarda hücum başlayacaq”
17 Avqust 2026 16:54
Baxış sayı:143
Bu xəbər 20 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















