Rusiya və Britaniya arasında casus qalmaqalı: Kəşfiyyatla əlaqələri olan diplomat RF dən çıxarılır
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın müvəqqəti işlər vəkilinə sərt etiraz bildirib.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, diplomatik nümayəndəlikdən Moskvadakı Böyük Britaniya səfirliyinin bir əməkdaşının akkreditasiyasının ləğvi ilə əlaqədar məlumat verilib.
Rəsmi Moskva səfirliyin işçisini Britaniya kəşfiyyat xidmətləri ilə əlaqəsinə görə ölkədən çıxarır. Rusiya XİN-dən bildirib ki, o, iki həftə ərzində ölkəni tərk etməlidir.
Rusiya diplomatik missiyası vurğulayıb ki, RF ərazisində Britaniya kəşfiyyatının elan edilməmiş əməkdaşlarının fəaliyyətinə dözməyəcək:
"Rusiyanın bu məsələdə güzəştsiz mövqeyi ölkənin milli təhlükəsizlik maraqlarına uyğun olaraq həyata keçiriləcək".
Diplomatik idarənin məlumatında qeyd olunur ki, London vəziyyəti gərginləşdirsə, Rusiya tərəfinin qətiyyətlə eyni şəkildə cavab verəcəyi barədə xəbərdarlıq edilib.
Daha əvvəl Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada səfirliyin əməkdaşı kimi gizli fəaliyyət göstərən Britaniyanın kəşfiyyat zabitini müəyyən etdiyini açıqlamışdı. Sözügedən şəxs səfirliyin İnzibati və İqtisadi Bölməsinin ikinci katibi Devis Qaret Samyuel olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















