Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Rusiya Xarkovu və Dnepri aviabombalarla vurub Elektrik sistemi sıradan çıxıb, 62 nəfər yaralanıb

Rusiya Xarkovu və Dnepri aviabombalarla vurub Elektrik sistemi sıradan çıxıb, 62 nəfər yaralanıb

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya ordusunun son sutka ərzində Xarkov vilayətinə endirdiyi artilleriya və hava zərbələri nəticəsində 62 nəfər xəsarət alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleh Sinehubov məlumat verib.

Sinehubovun sözlərinə görə, oktyabrın 13-dən 14-nə keçən gecə və gün ərzində Rusiya qoşunları Xarkov şəhəri və ətraf yaşayış məntəqələrinə bir neçə istiqamətdən zərbələr endirib.

Şəhər meri İqor Terehov bildirib ki, bazar ertəsi axşamı Xarkovda yerləşən bir xəstəxananın ərazisinə aviabomba düşüb, nəticədə dörd nəfər yaralanıb. Onun sözlərinə görə, hadisə zamanı xəstəxanada 57 pasiyent olub və onların hamısı başqa tibb müəssisəsinə təxliyə edilib.

Terehov qeyd edib ki, hücum nəticəsində şəhərin üç rayonu qismən işıqsız qalıb, lakin səhər saatlarına yaxın elektrik təchizatı tam bərpa olunub.Mer həmçinin əlavə edib ki, xəstəxana binasından başqa, hücum nəticəsində yataqxana, sənaye müəssisəsi, təhsil ocağı və 24 avtomobil zərər görüb.

Rusiya ordusunun hava zərbələrinə Dnepropetrovsk və Kirovoqradska vilayətləri də məruz qalıb.

Dnepropetrovsk vilayətində aviabombalar və pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində iki nəfər yaralanıb, infrastruktur və bir yaşayış evi zədələnib.

Kirovoqradska vilayətində isə hava zərbələri bir neçə yanğına səbəb olub, nəticədə beş yaşayış məntəqəsi işıqsız qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında bildirib ki, son hücumların əsas hədəfi ölkənin enerji infrastrukturu olub.

“Rusiya hər gün, hər gecə bizim elektrik stansiyalarımıza, ötürmə xətlərinə və qaz obyektlərimizə zərbə endirir”, – deyə Zelenski vurğulayıb.

Prezident ümid etdiyini bildirib ki, ABŞ və Avropa tərəfdaşları Ukraynaya hava hücumundan müdafiə vasitələri təqdim edəcəklər: “Bizim xalqımızı və enerji sistemimizi qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri açıqlayıb ki, gecə ərzində Rusiya 96 ədəd pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. Onlardan 69-u zərərsizləşdirilib, lakin 27-si hədəflərə dəyib. Məlumatda bildirilir ki, yeddi bölgədə dron zərbələri qeydə alınıb, bir yerdə isə vurulmuş aparatların qalıqları yerə düşüb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri