Icma.az
close
up
RU
Rusiya XİNdən Lavrovun Bayramova yazdığı iddia edilən məktubla bağlı AÇIQLAMA

Rusiya XİNdən Lavrovun Bayramova yazdığı iddia edilən məktubla bağlı AÇIQLAMA

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova yazdığı iddia edilən məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir”.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat yayılıb.

“İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu dezinformasiya emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulan primitiv saxtakarlığın nümunəsidir.

Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”, - məlumatda deyilir.

seeBaxış sayı:103
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri