Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Rusiyalıların Ermənistanda əmlak alması nə vəd edir?

Rusiyalıların Ermənistanda əmlak alması nə vəd edir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyadan Ermənistana köçənlərin sayında yenidən nəzərəçarpacaq artım müşahidə olunur və bu prosesin artıq 2022-ci ildəki miqrasiya dalğasına yaxınlaşdığı bildirilir. İrəvandakı daşınmaz əmlak agentlərinin məlumatına görə, son aylarda mənzil kirayəsi qiymətləri təxminən 30 faiz bahalaşıb və müştərilərin böyük hissəsini yeni gələn Rusiya vətəndaşları təşkil edir.

Müşahidələrə əsasən, tələbat xüsusilə may ayından sonra güclənib və artıq avqust–sentyabr ayları üçün mənzil axtaranların sayı artır.

Rusiyadan Ermənistana yeni köç dalğasının güclənməsi regionda demoqrafik və iqtisadi balansı dəyişə bilərmi, yoxsa bu proses yalnız qısamüddətli siyasi və sosial amillərlə bağlıdır?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ərazisindən keçmiş Sovet respublikalarına, yəni Müstəqil Dövlətlər Birliyi ölkələrinə köç yeni proses deyil.

Belə bir köç dalğası 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra da müşahidə olunmuşdu. Həmin dövrdə bir çox respublikaya, o cümlədən Cənubi Qafqaz ölkələri olan Gürcüstan və Ermənistana hər birinə 100 mindən artıq Rusiya vətəndaşının gəldiyi barədə məlumatlar yayılmışdı. Digər qonşu ölkələrdə də oxşar axın qeydə alınmışdı.

Politoloqun fikrincə, həmin dövrdə bunun əsas səbəbi Rusiya vətəndaşlarının müharibədən yayınmaq istəyi ilə izah olunurdu və bu, anlaşılan bir vəziyyət idi.

“Hazırda bu prosesin yenidən aktuallaşması, xüsusilə də Ermənistana Rusiyadan köç edənlərin sayının artması və mənzil bazarında yaranmış ajiotaj bir neçə səbəblə bağlı ola bilər. Yayılan məlumatlarda Rusiyanın avqustun sonu və ya sentyabr ayında ümumi səfərbərlik elan edə biləcəyi iddia olunur. Söhbət təxminən 500 min nəfərin səfərbər edilərək hərbi xidmətə çağırılmasından gedir. Belə xəbərlərin yayılması imkanlı şəxslərin və müharibədə iştirak etmək istəməyənlərin ölkədən çıxmasına təkan verir”, – deyə o bildirib.

Oqtay Qasımov hesab edir ki, əsas səbəblərdən biri məhz bununla bağlıdır. Yəni Rusiyada Ukrayna müharibəsində iştirak etməyən, iştirak etmək istəməyən və indi mümkün səfərbərlikdən yayınmağa çalışan şəxslər daha çox köç etməyə üstünlük verirlər.

Rusiyadan Ermənistana axının artması həm də Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından çox olması ilə bağlıdır. Onun sözlərinə görə, son dövrlərdə həmin şəxslərin müəyyən problemlərlə üzləşdiyi barədə məlumatlar var. Bu baxımdan onlar Ermənistanda əmlak almaqla gələcəkdə geri qayıdacaqları təqdirdə mənzil və digər əmlaklarının olmasını təmin etməyə çalışırlar.

Oqtay Qasımov bildirib ki, Ermənistana köç edənlər arasında ermənilərlə yanaşı, ruslar da kifayət qədər çoxdur.

O hesab edir ki, Rusiya dövləti müəyyən mənada belə miqrasiyada maraqlı ola bilər. Politoloqun fikrincə, digər ölkələrdə mənzil alaraq daimi yaşamaq istəyənlərin sayının artması gələcəkdə Rusiyanın həmin ölkələrin daxili işlərinə təsir göstərmək və onlara təzyiq etmək imkanlarını genişləndirə bilər.

“Rusiyanın siyasətində keçmiş SSRİ məkanında yaşayan rus əhalinin hüquqları məsələsi əsas təzyiq alətlərindən biri kimi istifadə olunur. Bu məsələ zaman-zaman Rusiya tərəfindən gündəmə gətirilərək həmin ölkələrin daxili işlərinə müdaxilə etmək və ya onlara siyasi təzyiq göstərmək üçün vasitəyə çevrilir. Bu, mümkün niyyətlərdən biri kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, mənzil alan şəxslər arasında Rusiya kəşfiyyatına işləyən agentura şəbəkəsinin üzvlərinin də olması istisna edilmir. Onun fikrincə, bu tip köç və miqrasiya prosesləri gələcəkdə Rusiya kəşfiyyatının həmin ölkələrdə daha fəal fəaliyyət göstərməsinə, ictimai rəyə daha çox təsir etməsinə və eyni zamanda hakimiyyətlərə qarşı əlavə təzyiq mexanizmləri formalaşdırmasına imkan yarada bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyul 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri