Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Rusiyanın Azərbaycan enerji obyektlərinə hücumu: Bakı hansı addımları ata bilər?

Rusiyanın Azərbaycan enerji obyektlərinə hücumu: Bakı hansı addımları ata bilər?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Rusiya artıq xeyli müddətdir ki, Azərbaycana qarşı qərəzli siyasət aparır, qonşuluq prinsiplərinə uyğun olmayan hərəkətlər edir. Moskvanın Azərbaycana yönəlik yanlış siyasəti, öz səhvlərindən nəticə çıxarmaması  təbii ki, əlaqələrə mənfi təsir göstərir. Üstəgəl, Rusiya son günlər münasibətləri daha da gərginləşdirən və Bakının adekvat qərarlarına səbəb olacaq addımlar atır. Belə ki, Rusiya artıq neçənci dəfədir Ukraynada Azərbaycana məxsus enerji obyektlərinə hücumlar həyata keçirir. Bakının xəbərdarlıqlarına baxmayaraq, görünən odur ki, qarşı tərəf radikal mövqeyində qalır və daha da aqressivləşir.

Avqustun 18-nə keçən gecə növbəti dəfə SOCAR-ın Odessa vilayətindəki neft bazası İranın "Şahed" tipli PUA-larının silsilə hücumuna məruz qalıb. Məlumata görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur. 

Yada salaq ki, bu, artıq obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 "Şahed" tipli PUA buraxılıb, hücumdan sonra neft bazasında yanğın başlayıb, dizel yanacağı boru kəmərinə ziyan dəyib, dağıntılar olub. Hücum nəticəsində neft bazasının 4 əməkdaşı ağır bədən xəsarətləri alıb. İlkin araşdırmalar onu göstərib ki, pilotsuz təyyarənin hücumunun əsas hədəfi məhz neft anbarı olub.

Bundan əvvəl isə, avqustun 6-da Rusiya onlarla pilotsuz uçuş aparatı ilə Ukraynanın Odessa vilayətində Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirib. Ukrayna Energetika Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda hücumun məqsədyönlü şəkildə edildiyi vurğulanıb. Bu stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk həmin hücumdan sonra vurğulayıb ki, bu, 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropaya verilən bir siqnaldır: "Əgər ruslara bizim enerji infrastrukturumuzu və qaz marşrutlarımızı cəzasızlıq şəraitində vurmağa icazə verilsə, o zaman Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasızlıq yalnız terroru genişləndirir".

Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, son hadisələr və Rusiyayönlü informasiya mənbələrində Azərbaycan aktivlərinin "qanuni hədəflər" kimi qeyd olunması Ukraynada SOCAR-ın obyektlərinə yeni hücum risklərinin xeyli artacağını göstərir. Təəssüf ki, həmin mənbələrin riskli hücumlarla bağlı gözləntiləri, daha doğrusu, xəbərdarlıqları reallaşır. Rusiya Azərbaycanın enerji obyektlərini silsilə hücumlara məruz qoyur.

Azərbaycan Ukraynada müharibə başlayandan bu ölkəyə humanitar dəstək göstərir, insanların ən zəruri ehtiyaclarını qarşılamağa çalışır. Göndərilən humanitar yardımda da məhz bu detal nəzərə alınır. Bu gün Ukrayna üçün enerji təminatı da çox vacibdir. Azərbaycan ötən aydan başlayaraq ilk dəfə olaraq Ukraynaya təbii qazı tədarük etməyə başlayıb. Tədarük Trans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Qaz tədarükünə dair razılaşma Ukraynanın "Naftoqaz" milli neft-qaz şirkəti ilə Azərbaycanın enerji nəhəngi SOCAR-ın Ukraynadakı törəmə şirkəti "SOCAR Energy Ukraine" arasında imzalanıb. "Naftoqaz"ın idarə heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, bu addım uzunmüddətli əməkdaşlıq üçün yol açır və ölkənin enerji təhlükəsizliyi, tədarükün diversifikasiyası sistemində daha bir vacib elementdir.

Xatırladaq ki, 2025-ci ilin əvvəlindən etibarən Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmayıb. Bununla da Moskva üçün Avropaya qaz nəqli yolunda ənənəvi Ukrayna marşrutu bağlanıb. Bunun əvəzində Azərbaycan qazı Qərbə və Ukraynaya alternativ enerji mənbəyi olaraq ortaya çıxıb. Rusiyanın məqsədyönlü hücumları ilə Azərbaycana təzyiq göstərə biləcəyini düşünür. Amma yanılır, əvəzində özü itirir. Demək olar ki, bütün qonşularla gərgin münasibətdə olan Moskvanın dünyada da müttəfiqlərinin sayı olduqca azdır. Azərbaycanla münasibətləri pisləşdirməkdən də itirən Rusiya özü olacaq.

Yeri gəlmişkən, bir müddət əvvəl yerli mediada mənbələrə istinadən bu hücumların davam edəcəyi təqdirdə rəsmi Bakının öz arsenalındakı silahların Ukraynaya göndərilməsinə qoyduğu embarqonu yenidən nəzərdən keçirə biləcəyinə dair məlumat paylaşıldı. Moskva bu addımlarını davam etdirəcəksə, Azərbaycandan da adekvat addımların olacağını hesaba almalıdır.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "525"ə deyib ki, Rusiya hazırda Ukraynada öz hərbi cinayətlərini davam etdirir. Mülki əhalini, o cümlədən qadınları, uşaqları qətlə yetirir. Bununla yanaşı, Rusiya Ukraynanı enerji qıtlığına düçar etmək istəyir.

Deputat xatırladıb ki, Ukraynaya enerji təzhizatı SOCAR-a məxsus neft bazaları vasitəsilə həyata keçirilir: "Ona görə Rusiya SOCAR-a məxsus obyektləri vurur, özünün amansız hərbi cinayətlərini davam etdirir. Bunun qarşısını almaq üçün dünya birləşməli və Rusiyanı dayandırmalıdır. Çünki Rusiyanı Ukraynada dayandırmasalar, bu cinayətlər digər post-sovet ölkələrinə qarşı, Avropaya qarşı da davam etdiriləcək. Rusiya Amerika Birləşmiş Ştatları, Avropa ölkələri tərəfindən çox ciddi təzyiqlər göstərilməklə dayandırılmalıdır. Əks halda, bu cinayətlər genişlənəcək".

Azərbaycanın bununla bağlı hansı addımları ata biləcəyinə gəlincə, A.Mollazadə hesab edir ki, Bakı özünün hərbi müttəfiqi Türkiyə ilə birgə hərəkət etməli, birgə qərarlar qəbul etməlidir: "Çünki bilirsiniz ki, "Şuşa Bəyannaməsi" iki ölkəni hərbi müttəfiqə çevirib və Azərbaycana olan hər hansı təzyiq eyni zamanda Türkiyəyə qarşı təzyiq kimi qəbul edilməlidir. Biz bu proseslərdə birgə hərəkət etməliyik".

Rusiyadan Azərbaycana qarşı hansı təhlükələrin ola biləcəyinə də toxunan deputat söyləyib ki, Rusiyanın insanlığa qarşı cinayətləri hamı üçün təhlükədir: "Hər bir ölkəyə, hər bir insana qarşı bu təhlükə mövcuddur. Və bu təhlükədən hal-hazırda heç kim sığortalanmayıb. Bununla yanaşı, xatırlatmaq istəyirəm ki, Rusiya dünyaya qarşı nüvə şantajını da davam etdirir. Nüvə silahları ilə dünyanı şantaj edir".

Azərbaycanın Ukraynaya qoyduğu silah embarqosunu yenidən nəzərdən keçirə biləcəyinə dair fikirlərə də toxunan deputat söyləyib ki, Azərbaycan bu proseslərdə öz hərbi müttəfiqi ilə birgə hərəkət etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri