Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Rusiyanın Azərbaycana qarşı qara piarı: Şimal qonşumuz bundan siyasi basqı kimi istifadə etmək istəyir

Rusiyanın Azərbaycana qarşı qara piarı: Şimal qonşumuz bundan siyasi basqı kimi istifadə etmək istəyir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

AZAL-a məxsus mülki təyyarə isə beynəlxalq aviasiya hüquqları ilə qorunur və toxunulmazdır. Onun vurulması isə beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qiymətləndirilir


Azərbaycanın AZAL-a məxsus təyyarəsinin vurulması ilə bağlı irəli sürülən haqlı tələblərə cavab olaraq, Rusiya Prezident Administrasiyası bu məsələni Rusiya mediasına yönəldərək, bir "fas" komandası kimi görünür. Eyni zamanda rəsmi Moskva, özünün nəzarətindəki media kanalları vasitəsilə, 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını eyni kontekstdə müqayisə etməyə çalışır. Lakin bu iki hadisəni bir-biri ilə əlaqələndirmək istəyən Rusiya unudur ki, Azərbaycan tərəfi həmin vaxt bir sıra suallar verə bilərdi. 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzalayıblar. Lakin həmin gün, 9 noyabrda saat 18:30-da, Rusiyaya məxsus helikopter Naxçıvan hissəsində Azərbaycan-Ermənistan sərhədində vurulub. Bu helikopter nə səbəbdən həmin ərazidə olub?

Rusiyaya məxsus sülhməramlılar hələ Qarabağda yerləşdirilməmişdi və aktiv döyüşlər davam edirdi. Bu halda, Rusiyanın helikopteri Ermənistan-Azərbaycan sərhədinə yaxın bir məsafədə, günün qaranlıq vaxtında, aşağı hündürlükdə uçuş edirdi və bu uçuş, həmçinin, Ermənistana məxsus hərbi kolonunu müşayiət edirdi. Rusiya bu halları necə izah edə bilər?

Buna baxmayaraq, Azərbaycan tərəfi, hərbi əməliyyatlar davam edərkən, sərhəddə yaxınlaşan naməlum helikopteri legitim hədəf olaraq qəbul etsə də, konfrontasiyadan qaçdı. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edərək üzrxahlıq etdi. Həmçinin helikopterin tam qiyməti ödənildi və həlak olan hərbçilərin ailələrinə kompensasiya verildi.


Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Sherg.az"a deyib ki, Rusiya tərəfinin Azərbaycanın AZAL-a məxsus təyyarəsinin vurulmasını 2020-ci il noyabrda baş vermiş hadisəylə  paralel aparması həm hüquqi baxımdan qeyri-etik sayılır, həm də mənəvi baxımdan əsassızdır:


"Rəsmi Moskva və bu ölkənin mediası başa düşür ki, təyyarə Rusiya səmasında ikitərəfli hücuma məruz qalıb. Bir tərəfdən GPS sisteminə müdaxilə edildiyi üçün idarəetmə qabiliyyətini itirib. Digər tərəfdən isə Pantsir-S1 raketinin atılması nəticəsində zədələnib. Eyni zamanda Qroznıya uçan mülki təyyarə məhz razılaşdırılmış reyslər idi. Əgər Rusiya səmasında təhlükəli vəziyyət var idisə, hər şeydən əvvəl Azərbaycanı bu barədə məlumatlandırmalı və uçuşların ləğvi ilə bağlı qərar qəbul edilməli idi. Bununla yanaşı Rusiya nəyinki təyyarənin enməsinə razılıq verməyib, hətta yaxın aeroportlardan birinə tərəf də yönəltməyib. Deməli qarşı tərəfdə artıq təyyarənin zədələnməsi haqqında məlumatlar var idi. Sadəcə onlar qəzanın Rusiya ərazisində baş verməsini istəmirdilər. 2020-ci il noyabrda Rusiyaya məxsus təyyarə vurularkən Üçtərəfli Bəyanat hələ imzalanmamışdı. Yəni bölgədə vəziyyət gərgin və müharibə şəraitində idi. Üstəlik, Rusiya təyyarəsi Ermənistandakı hərbi kolonları müşahidə edirdi. Bütün bunların rəsmi Moskvanın hadisələrə təsadüfi yanaşmasına şərait yaratmır və şübhə altına alır. Buna baxmayaraq həmin vaxt Azərbaycan dərhal məsuliyyəti öz üzərinə götürərək Rusiyadan üzr istədi və konpensasiya ödədi. Halbuki rəsmi Bakı mübahisə edə bilərdi ki, müharibə zamanı sərhədə yaxın istənilən hərəkət edən hərbi qüvvələr legitimdir".


Hüquqşünas vurğulayıb ki, AZAL-a məxsus mülki təyyarə isə beynəlxalq aviasiya hüquqları ilə qorunur və toxunulmazdır. Onun vurulması isə beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qiymətləndirilir:

"Rusiya media vasitəsilə Azərbaycana qarşı qara piar aparır və bundan siyasi basqı kimi istifadə etmək istəyir. Rəsmi Moskvanın bu hərəkəti konstruktiv dialoqun aparılması və münasibətlərin normallaşmasına xidmət etmir. Lakin Rusiya mədənilik göstərərək qəzanın əsl səbəblərini təqdim etməli idi. Eyni zamanda məsuliyyəti öz üzərinə götürərək konpensasiya ödəməli idi. Ümumiyyətlə Rusiyanın bayağı  propaqanda aparmasının əvvəllər də şahidi olmuşuq. Bu və digər primitiv təbliğat üsulları Rusiyanın özünün imicinə zərər vurur. Azərbaycan isə öz tələblərində tam haqlıdır. İnanırıq ki, beynəlxalq ictimaiyyət məsələyə obyektiv yanaşacaq və günahkarlar hüquqi cəhətdən məsuliyyətə cəlb olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri