Rusiyanın Azimut aviaşirkəti Vladiqafqazdan Bakıya uçmaq istəyir
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "Azimut" aviaşirkəti Federal Hava Nəqliyyatı Agentliyindən (“Rosaviasiya”) Vladiqafqaz və Bakı arasında müntəzəm reyslər həyata keçirmək üçün icazə alıb.
Bu barədə "Report" Rusiya KİV-nə istinadən xəbər verir.
İcazə bu marşrut üzrə həftədə 7 dəfəyə qədər uçuş həyata keçirməyə imkan verir.
Ötən ilin sonunda "Azimut" Azərbaycana uçuş proqramının ləğv edildiyini qeyd etmişdi.
“Rosaviasiya”dan bildirilib ki, bu icazələrin verilməsi beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas və ya qərar deyil. İcazə - aviaşirkətin uçuşlar bərpa olunduqda istifadə edə biləcəyi hüquqdur.
Bakı və Gəncə hava limanları daşıyıcının Mineralnıye Vodı və Soçidən uçuşlar üçün slotlarını ləğv edib. Buna səbəb Azərbaycanın aviasiya orqanının uçuş icazəsini ləğv etməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















