Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Rusiyanın dostları və dost olmayanlar

Rusiyanın dostları və dost olmayanlar

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan MTKİİ-nin reytinqində geriləyirsə...

Rusiyada Milli Tədqiqat Kommunikasiyaların İnkişafı İnstitutu (MTKİİ) adlandırılan bir təşkilat var ki, hər il postsovet ölkələrinin kommunikasiya rejimlərinin dostluq səviyyəsi üzrə monitorinq aparır və reytinq müəyyənləşdirir. İlk baxışdan, burada təəccüblü heç nə yoxdur. Ancaq belə bir tədqiqatın aparılmasında mühüm psixoloji aspekt var. İstər-istəməz, sual yaranır: Belə bir monitorinq hansı zərurətdən meydana çıxır? Digər sual da odur ki, nəyə görə postsovet məkanında Rusiyaya münasibətdə dostluq nümayiş etdirməyən ölkələr var? Əlbəttə, sözügedən məkandakı bütün ölkələrin Rusiyaya qarşı müsbət mövqe tutmaları mümkünsüzdür. Axı, loru dildə desək, bu ölkə pul deyil ki, hamı onu xoşlasın? Amma...

“Əmması” MTKİİ-nin apardığı araşdırmanın zəruriliyini doğuran səbəbdir. Rusiya postsovet məkanında elə bir durum yaradıb ki, ona, böyük ölçüdə, dostluq münasibəti duyulmur. Yaxud ölkədə Rusiyaya qarşı dostluğun duyulmadığını bilənlər olduğundan belə bir reytinq müəyyənləşdirilir. Bu məqama sonda qayıdacağıq. MTKİİ-nin reytinqinə diqqət yetirərək deyək ki, orada ilk iki yeri Cənubi Osetiya və Abxaziya tutur. Onların ikisi də separatçı qurumlardır. O qurumlar ki, Rusiya tərəfindən yaradılıb və mövcudluqları Gürcüstanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğalının nəticəsidir. Elə isə sual olunur: hansı ölkə işğalla barışar? Heç biri və bu amil ikitərəfli münasibətlərdə problem yaratmalıdır və yaradır da. Bəli, indiki durumda Cənubi Osetiya və Abxaziya postsovet məkanı deyil və həmin məkanın qondarma subyektləridir. Amma, belə demək mümkünsə, dostluq reytinqi müəyyənləşdirən MTKİİ bunun fərqində deyil. Qurumun siyahısında üçüncü yeri Belarus tutur. Əslində, adlarını qeyd etdiyimiz separatçı respublikaları saymasaq, bu ölkə birinci yerdə qərarlaşmalı idi. Çünki Minskin Moskva ilə əlaqələri kifayət qədər yüksək səviyyədədir...

Qeyd edək ki, MTKİİ-nin “dostluq reytinqi”ndə 16 postsovet subyektinin adı yer alıb. Maraqlı cəhət Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlətlər kimi götürüldüyü siyahının onluğunun Rusiyaya dostluq münasibəti ilə seçilənlər kimi göstərilməsidir. Yeri gəlmişkən, onluqda Azərbaycanın da adı var. Ancaq bir pillə geriləyib. 2024-cü ildə 8-ci idik, 2025-ci ildə 9-cu yerdəyik. 9-cu olan Ermənistan artıq 8-cidir. Siyahıda 4, 5, 6, 7 və 10-cu yerləri müvafiq olaraq Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistan tutur. 11-ci yerdə qərarlaş(dırıl)mış Gürcüstan isə “qismən dost ölkə” kimi qiymətləndirilib. Rusiyaya dost olmayanlara gəlincə, bunlar – Moldova (12), Litva (13), Latviya (14) və 15-ci pillədəki Estoniyadır. Siyahını Ukrayna tamamlamasaydı, təəccüblənərdik.

***

MTKİİ-nin direktoru Vladislav Qasumyanov əslən ermənidir. O, yeni reytinq cədvəli ilə bağlı açıqlamasında rəhbərlik etdiyi qurumun işinin fəlsəfəsini anlatmağa çalışaraq deyib ki, kommunikasiya rejimlərinin təhlili Rusiya üçün siyasi qərarların əsaslandırılması və effektivliyinin artırılması, müxtəlif milli kontekstlərdə siyasətin dərk edilməsi, eləcə də tərəfdaşlarla qarşılıqlı fəaliyyətdə münaqişə risklərinin və strateji yanlış hesablamaların azaldılması baxımından mühüm alətdir.

V.Qasumyanov bildirib ki, MTKİİ-nin tədqiqatının yönəldiyi postsovet məkanı Rusiyanın xarici kommunikasiyalar sistemində xüsusi yer tutur. “Rusiya üçün bu, xarici periferiya deyil, ən yaxın tarixi, mədəni və sosial əhatədir. Bu regionun ölkələri Rusiya ilə insan, dil, təhsil, iqtisadi və infrastruktur əlaqələri şəbəkəsi ilə bağlıdırlar. Bu əlaqələr onilliklər ərzində formalaşıb, siyasi fikir ayrılıqları və geosiyasi böhranlar şəraitində belə mövcudluğunu davam etdirir”, - deyən direktor əlavə edib ki, məhz postsovet məkanında təhlükəsizlik, miqrasiya, iqtisadi əməkdaşlıq, energetika, humanitar mübadilə və identiklik məsələləri kəsişir. Buna görə də ən yaxın qonşularla kommunikasiyaların dayanıqlılığı və keyfiyyəti birbaşa regional sabitliyə və inkişafın proqnozlaşdırıla bilməsinə təsir göstərir.

V.Qasumyanovun sözlərinə görə, postsovet ölkələrinin çoxvektorlu siyasəti şəraitində Rusiya artıq eksklüziv tərəfdaş olmaqdan çıxır. Bu isə o deməkdir ki, Kremlə formal diplomatik və ya iqtisadi əlaqələri qorumaq kifayət etmir. Müxtəlif ölkələrdə ictimai məkana çıxış şərtlərinin necə dəyişdiyini, əməkdaşlıq üçün hansı maneələrin yarandığını, konkret milli kontekstlərdə hansı qarşılıqlı fəaliyyət formatlarının legitim və effektiv qaldığını anlamaq zəruridir.

Ən başlıcası, MTKİİ-nin direktoru deyib ki, postsovet ölkələri açıqlıq səviyyəsinə, xarici aktorlardan asılılığa və Rusiyaya münasibətinə görə fərqlənirlər. Rusiya ilə dostluq haqqında rəsmi ritorika mövcud olsa belə, real kommunikasiya imkanları ciddi şəkildə fərqlənir. Buna görə də hamı üçün eyni və universal yanaşmalar işləmir. Mühüm məqamlardan biri də V.Qasumyanovun növbəti fikirləridir. Onun dediyinə görə, monitorinqin əhəmiyyəti yalnız Rusiyanın maraqları ilə məhdudlaşmır. Postsovet ölkələri üçün bu iş onların özlərinə kənardan baxmaq alətidir. Yəni tədqiqat həmin ölkələrin qərarlarının ümumi effektini və real nəticələrini görmələri üçün imkandır: “Monitorinqin nəticələri çoxvektorlu xarici siyasət yürüdən ölkələri öz subyektliyini qorumaq barədə düşünməyə vadar edir. Bu, müxtəlif güc mərkəzləri arasında yol verilən manevr sərhədlərini anlamağa, humanitar və ictimai əlaqələrdə kəskin qırılmalar olmadan daha çevik balanslaşdırma modelləri qurmağa kömək edir. Beləliklə, postsovet ölkələri üçün kommunikasiya rejimlərinin monitorinqi özünüdərk, idarəolunmanın artırılması və münaqişə risklərinin azaldılması alətidir”.

Rusiyaya gəlincə, V.Qasımyanovun fikrincə, monitorinq ölkənin regionda və dünyada rolunu anlamasının praktik üsuludur: “Resurslar və ərazilərlə yanaşı, normalar və qarşılıqlı fəaliyyət formatları uğrunda rəqabətin gücləndiyi şəraitdə ən yaxın qonşularla dayanıqlı və qarşılıqlı məqbul kommunikasiyalar qurmaq bacarığı dəyişən dünyada təsir imkanlarını qorumasının şərtlərindən birinə çevrilir”.

***

Göründüyü kimi, MTKİİ-nin tədqiqatının rəsmi Moskvanın yol verdiyi nöqsanları görməsi üçün də şərait yaradır. Ancaq bütövlükdə Rusiya ictimaiyyətinin postsovet məkanına həssas yanaşması vacibdir. Həssaslıq isə imperiya ambisiyalarının bir kənara qoyulmasından keçir. Ancaq bunu bir çox hallarda görmürük. Məsələn, MTKİİ-nin monitorinq nəticələrinin təqdimatı zamanı çıxış edən rusiyalı politoloq Yevgeni Minçenko diqqəti Azərbaycanın Qarabağdakı separatçı rejimdə qondarma “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanın Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum etməsinə çəkib: “Hazırda iki həssas nöqtə var: Ermənistan və Azərbaycan. Üstəlik, bu ölkələr indi müəyyən yaxınlaşma mərhələsindən keçirlər. Daha doğrusu, bu ölkələrin elitaları yaxınlaşır. Bu mənada Rusiya faktoru onlar üçün artıq ikinci plana keçir”.

Politoloq Minçenkonun sözlərindən belə çıxır ki, Azərbaycan və Ermənistan arasında yaxınlaşma baş verməsəydi, onlar üçün Rusiya faktoru ikinci plana keçməzdi. Yaxud bu iki Cənubi Qafqaz ölkəsi daim bir-biri ilə ziddiyyətdə olmalı idilər ki, Rusiyaya önəm versinlər. Əslində, bu, yalnız bir politoloqun mövqeyi deyil, ümumən, Kremlin düşüncə sisteminin qənaətidir. Ona görə də Vardanyan barədəki qərar sanki Bakı ilə İrəvanın Rusiyaya münasibətdəki müştərək əks addımı olaraq qiymətləndirilir. Halbuki, belə yanaşma absurddur.

Həm də ona görə absurddur ki, Rusiya siyasətini, habelə postsovet məkanına münasibətini imperiyalara xas “parçala, hökm sür” siyasətinə uyğun qurmamalıdır. Bu gün ölkədə minçenkolar varsa, deməli, siyasət ənənəvi neqativ xarakterini dəyişməyib. Əslində, MTKİİ-nin tədqiqatı ilə bağlı reallıqdan qaynaqlanan bəzi pozitiv məqamları nəzərə alsaq da, təkcə Cənubi Osetiya və Abxaziya kimi separatçı qurumların dövlət olaraq təqdimatı, həmçinin digər cəhətlərdən də tam aydındır ki, qurumun böyük ölçüdəki işi məhz imperiya siyasətinin toxunulmazlığını təmin etmək məramından qaynaqlanır. Buna görə də Azərbaycan kimi müstəqil xarici siyasət yürüdən ölkənin MTKİİ-nin reytinqində geriləməsində heç bir problem yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri